Həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadəti
16 September 2026
04:26
۱,۶۷۲
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Mərhum Muhəmməd ibn Yəqub –Şeyx Koleyni və Muhəmməd ibn Muhəmməd ibn Noman –Şeyx Mufidin (Allah onlardan razı olsun) nəzərinə əsasən hicri-qəməri 183-cü il rəcəb ayının 6-ı həzrət Musa ibn Cəfər İmam Kazimin (əleyhissəlam) şəhadət günüdür. Həzrət Musa ibn Cəfər (əleyhiməssəlam) dövrün zalım xəlifəsi Harun ər-Rəşidin əmri ilə uzun illər zindanda qaldıqdan sonra zəhər vasitəsilə şəhadətə çatdırılmışdır. Həzrət imam Musa ibn Cəfər (əleyhiməssəlam) müqəddəs Məşhəd şəhərində dəfn olunan həzrət imam Rzanın (əleyhissəlam), müqəddəs Qum şəhərində məzarı olan həzrət Məsumənin (əleyhasalam) və Bakı şəhərində pak məzarı ucalan həzrət Həkimənin (əleyhasalam) atası, yeddinci məsum imamdır. O həzrətin şəhadət gününü ilk növbədə həzrət imam Sahib əz-Zamana (əleyhissəlam), eləcə də bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik.
Həzrət İmam Musa ibn Cəfər əleyhiməssəlamdan bir hədisi təbərrük olaraq sizə təqdim edirik:
قَالَ عَلَيْهِ السَّلَامُ: الْمَعْرُوفُ يَتْلُوهُ الْمَعْرُوفُ غُلٌ لَا يَفُكُّهُ إِلَّا مُكَافَاةٌ أَوْ شُكْر
“Ehsan və yaxşılıq etmək, ehsan olunanın boynunda zəncir kimidir: o, bu zənciri yalnız ehsan edən şəxsə mükafatla ,yaxşılıqla və yaxud yaxşılıq müqabilində layiqincə təşəkkür etməklə öz boynundan çıxara bilər.”
Əhli-Beyt (əleyhimussəlam) məktəbindən dərs alıb bizə olunan yaxşılıqlar müqabilində yaxşılıq etməklə, İslami cəmiyyətdə insanları ehsan və yaxşılığa həvəsləndirək.