Günün hədisi

31 October 2026

14:55

۱۲

Xəbərin xülasəsi :
Kişi və qadının qarşılıqlı vəzifələri
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Günün hədisi

Kişi və qadının qarşılıqlı vəzifələri

Həzrət imam Zeynul-Abidin əleyhissəlam buyurur:

و أما حـق رعيتك بملك النكاح فـأن تعلـم إن الله جعلهـا سكنـا و مستراحـا و انسـا و واقية ؛ و كذلك كل واحد منكما يجب ان يحمد الله على صاحبه و يعلم أن ذلك نعمــة منه عليه و وجب ان يحسن صحبة نعمة الله و يكرمها و يرفــق بها و إن كان حقك عليها اغلظ و طاعتك بها الزم فيما احببت و كرهت ما لم تكن معصية ؛ فإن لها حق الرحمة و المؤانسة و موضع السكون إليها قضاء اللذة التى لابد من قضائها و ذلك عظيم ؛ و لا قوة الا بالله.

Həyat yoldaşınızın haqqı budur ki, Allahın onu sənin üçün rahatlıq, asayiş, munis və şəfqətinin amili təyin etməsini biləsən; eyni zamanda, hər birinizin üzərinə düşən vəzifə, bir-birinizin varlığına görə Allaha şükür etmək və bunu Onun tərəfindən sizə bəxş edilmiş bir nemət olduğunu dərk etmənizdir. Odur ki, Allahın nemətini yüksək qiymətləndirib, onunla layiqli və hörmətlə davranmağınız lazımdır.

Hərçənd həyat yoldaşının üzərindəki haqqın daha böyükdür və sevdiyin və sevmədiyin məsələlərdə (günah sayılmayan şərtlə) sənə itaət etməsi onun üzərinə daha çox düşən bir vəzifədir...

Axı onun şəfqət və yoldaşlıq görməyə haqqı var; o, bir təsəlli mənbəyidir və onunla mütləq şəkildə təmin olunmalı olan bir arzunu gerçəkləşdirirsən – bu isə böyük əhəmiyyət kəsb edən bir məsələdir. Allahdan başqa heç bir qüvvət yoxdur.[1]



[1] Risalətul-huquq; (Həmçinin Tuhəful-uqul, səh. 261-cüzi dəyişiklə)


Etiketlər :

Kişi və qadının qarşılıqlı vəzifələri