Həzrət Fatimei-Zəhranln (əleyhəssəlam) şəhadəti
31 October 2026
14:55
۲۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) həzrət Əlinin (əleyhissəlam) Xanım Zəhranın (əleyhəssəlam) fərağında söylədiyi kəlamlar haqda bəyanı
Həzrət Fatimei-Zəhra (əleyhəssəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
Həzrət Zəhranın (əleyhasəlam) vəfatından sonra Əmirəl-möminin əleyhissəlamın buyurduğu mərsiyə budur.
Əgər bizim imamımız o Həzrətin vəfatına həmişə əzadardırsa, inanırıq ki, hazırda həzrət Hüccət (əleyhissəlam) şübhəsiz həmin haldadır və ərz edir: “İlahi anamın başına gələn müsibətlərdən Sənə şikayət edirəm.” Deməli, gərək bu əzadarlığı daha yüksək mərifətlə və mümkün qədər əzəmətlə qeyd edək. Bu müvəffəqiyyətin özü böyük İlahi inayətdir.
Həqiqətən, “Fatimiyyə” əzadarlığını ehya edən bir şəxsiyyət kimi, mərhum atamdan (Allah ondan razı olsun) bir xatirə söyləyim. Bir gün: “Siz nə üçün həmişə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirsiz?” –deyə, ondan sual etdim. Buyurdu ki, mən uşaqlıq dövründən hər çətinliyə düşəndə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirəm. Bizə də çox tövsiyə edərdi və vəsiyyətnaməsində də buyurublar ki, “Fatimiyyə”ni ehya edin, layiqli əzadarlıqla öz vəzifənizi yerinə yetirin.
Bir qrup Xorasan alimi onun görüşünə gəlmişdilər, onlara buyurdu: “Hörmətli cənablar! Mən 50 ildən artıq dərs deyirəm, kitablar yazmışam, çoxlu şagirdlərə dərs demişəm, bu Allahın tərəfindən mənə olunan bir inayətdir. Lakin Qiyamət günündə bunların heç birinə ümidvar deyiləm. Şübhəsiz, bu dediklərini dəyərdən salmaq istəmirdi, əksinə onlara ümid bağlamadığını qeyd etdi. Dedi ki, ümidim ancaq “Fatimiyyə” əzadarlığında etdiyim fəryadlaradır... Biz və övladlarımız da həmin yolu davam etdirək, şübhəsiz olduqca böyük nəticələr və müvəffəqiyyətlər əldə ediləcək.
Bu dərin mənalı hədisi də oxumaq istəyirdim, amma vaxt azdır. Buyurur: “اِنَّ اللهَ یغضِبُ لِغَضَبِ فَاطِمَة وَ یرضی لِرِضَاها”[1] Yalnız bu cümləni ərz edim ki, Allahın qəzəbinə düçar olan şəxsin vəziyyəti necə olar? Allah-taala buyurur: “وَ مَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبي فَقَدْ هَوى” – Hər kəsi qəzəbim tutarsa, həlak olar və cəhənnəm atəşinə düçar olar. Bu çox təəccüblüdür, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Allah-taala həzrət Fatimei-Zəhranın (əleyhasəlam) qəzəbi səbəbinə qəzəblənir.” Allahı qəzəbləndirən şəxsin aqibəti cəhənnəm odunda yanmaqdır.
Başqa bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Salmana buyurur: “مَنْ أَحَبَّ فَاطِمَةَ ابْنَتِي فَهُوَ فِي الْجَنَّةِ مَعِي” – Əgər bir kəs qızım Fatiməyə (əleyhasəlam) ehtiram bəsləsə, Behiştdə mənim kənarımda birgə olacaqdır. “وَ مَنْ أَبْغَضَهَا فَهُوَ فِی النَّار” – Hər kəs ona qarşı hörmətsizlik və ədavət etsə, cəhənnəmə gedər.
Bu hədisin sonunda Fatimei-Zəhra əleyhasəlamın şiələri barəsində bəşarət vardır. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “وَيْلٌ لِمَنْ يَظْلِمُهَا وَ يَظْلِمُ بَعْلَهَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيّاً علیه السلام وَ وَيْلٌ لِمَنْ يَظْلِمُ ذُرِّيَّتَهَا وَ شِيعَتَهَا”[2] – (Vay olsun o kəsə ki, ona və həyat yoldaşına zülm edə, vay o kəsin halına ki, onun övladlarına və şiələrinə zülm etsin.) Bilirdi özündən sonra Fatimei-Zəhraya (əleyhasəlam) nə zülmlər olunacaq, Allah-taala Peyğəmbərə necə böyük səbir əta etmişdir?! Bu Fatimei-Zəhranın (əleyhasəlam) şiələrinə verilən bəşarətdir ki, düşmənləri Allahın qəzəbinə düçar olurlar.
İmam Sadiq əleyhissəlama ərz edirlər ki, nəql olunur: “إِنَّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا” –Həzrət buyurur, bəli bu nəql qəti və düzgündür. Çox maraqlıdır ki, bu hədisin sənədinin silsiləsi imam Sadiq (əleyhissəlam) imam Baqirdən (əleyhissəlam), imam Səccaddan (əleyhissəlam), imam Huseyndən (əleyhissəlam), imam Əli ibn Əbitalibdən (əleyhissəlam) və həzrət Rəsulullahdandır (sallallahu əleyhi və alih).
Sonra o şəxs yenidən soruşur ki, Allah bir qadının qəzəbi ilə necə qəzəblənir? Burada imam Sadiq (əleyhissəlam) bir incəliyə toxunur, zahirən sual edən şəxs Səndəl adlı bir əhli-sünnədir. Həzrət ona belə buyurur: “Siz özünüz nəql etməmisinizmi: Allah-taala bir möminin qəzəbi səbəbinə qəzəblənir?” Deyir, bəli. Həzrət buyurur: “Sizcə Fatimə mömin deyilmi?” O şəxs Həzrətin sözünü qəbul edir, sonra ərz edir: “للّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَهُ”[3] – Bu hədisin sonundan məlum olur ki, Səndəl şiə deyilmiş. Bəzi hədislərdə hədisi nəql edən başqa bir şəxsin olduğu göstərilir.
Belə güman edirəm ki, «إنّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ» -hədisini kiçiltmək məqsədilə onun müqabilində «إنَّ اللهَ یَغضِبُ لِغَضَبِ عَبدِهِ المُؤمن» -hədisini qoşub düzəldiblər. Təsəvvür edirəm bu gümanım doğrudur! Lakin həzrət Rəsulullahdan (sallallahu əleyhi və alih) bizə yetişən hədis «إِنَّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا » hədisidir. Biz gərək bu hədisin mənasını düzgün dərk edək ki, Allah-taala Fatimənin (əleyhasəlam) qəzəbi ilə qəzəblənir nə deməkdir? Sonra Quranda deyilən: “Allahın qəzəbinə düçar olan şəxs böyük və dərdli əzablarla qarşılaşacaqdır”- ayəsinin mənasını da dərk edərik.
Fatimei-Zəhranın (əleyhasəlam) şəhadətini bu müsibətin ilk və böyük əzadarı olan imam Zamana (Allah onun zühurunu tezləşdirsin) təsəlli ərz edirik və o müqəddəs vücuddan istəyirik ki, biz şiələrin Əhli-beytin (əleyhimussəlam) vilayətinə iman və yəqinliyə çatmağımız üçün, aqibətimizin xeyirli olması, şiələrin və İslam aləminin, xüsusən müqəddəs İslam Respublikası hökumətinin çətinliklərinin həll edilməsi üçün dua etsin ki, bütün bəlalar tezliklə aradan getsin.
Sallallahu əla Muhəmmədin və Alihit-Tahirin