Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
16 September 2026
04:44
۱۴۶
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli ibn Huseyn Zeynul-Abidin imam Səccad əleyhissəlamın möhtəşəm “Səhifəi-Səccadiyyə” kitabında mübarək Ramazan ayının gəlişi münasibətilə qeyd olunan 44-cü duası
(ardı)
فَأَبَانَ فَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِ بِمَا جَعَلَ لَهُ مِنَ الْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَالْفَضَائِلِ الْمَشْهُورَةِ، فَحَرَّمَ فِيهِ مَا أَحَلَّ فِي غَيْرِهِ إِعْظَاما، وَحَجَرَ فِيهِ الْمَطَاعِمَ وَالْمَشَارِبَ إِكْرَاما، وَجَعَلَ لَهُ وَقْتا بَيِّنا لا يُجِيزُ- جَلَّ وَ عَزَّ- أَنْ يُقَدَّمَ قَبْلَهُ، وَلا يَقْبَلُ أَنْ يُؤَخَّرَ عَنْهُ.
Allah-taala bu ayın hörmətini uca tutduğu üçün onun fəzilətini aşkar etdi və digər aylara üstünlüyünü zahir etdi və onun böyüklüyü xatirinə digər aylarda halal etdiyini bu ayda haram buyurdu və onun şərəfinə bu ayda yemək və içməyi qadağan etdi. Uca və Əziz Allah onun üçün müəyyən vaxt (hicri-qəməri 9-cu ay) təyin etdi və (ona müvafiq vəzifəni) öncədən yerinə yetirməyə icazə vermədi və təxirə salmağı da qəbul etmədi.
ثُمَّ فَضَّلَ لَيْلَةً وَاحِدَةً مِنْ لَيَالِيهِ عَلَى لَيَالِي أَلْفِ شَهْرٍ، وَسَمَّاهَا لَيْلَةَ الْقَدْرِ، تَنَزَّلُ الْمَلائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ سَلامٌ، دَائِمُ الْبَرَكَةِ إِلَى طُلُوعِ الْفَجْرِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ بِمَا أَحْكَمَ مِنْ قَضَائِهِ.
Sonra onun gecələrindən birini min ayın gecələrindən üstün tutdu və onu Qədr gecəsi adlandırdı, mələklər və Ruh (Cəbrail) onda hər bir iş (müqəddəratın təyini) üçün Rəbbinin izni ilə nazil olarlar; (O gecə) səhərə qədər Allahın qəza və qədərinə əsaslanan sabit və möhkəm hökmü ilə sevdiyi bəndələrə əmin-amanlıq, davamlı bərəkət və rəhmətdir.
(ardı var)