Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti
16 September 2026
06:23
۲۷۰
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın şəhadətiİmam Məhəmməd Baqir (əleyhissəlam) öz imaməti dövründə çox çətin bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu imam Cəfər Sadiq əleyhissəlamın imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd, (təqva) fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş onun böyük elmi və əxlaqi məqamı dostun və düşmənin tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən və İmam Hüseyn əleyhiməssəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.
İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdır ki, o Həzrət “Baqirul-ülum” (elm qapılarını açan elmi müşkülatı həll edən) ləqəbi almışdı.
Bir daha bütün mömin və möminə bacı-qardaşlara bu böyük müsibət günü münasibətilə başsağlığı deyir və səbir diləyirəm.
İltimas dua!