İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın təvəllüdü
16 September 2026
08:23
۲۷۴
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın təvəllüdü
Hicri-qəməri 1444-cü il cumadis-saniyə ayının 20-i, miladi 2023 yanvarın 13-ü, həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) gözünün işığı, ürəyinin parası, ruhu və canı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) həyat yoldaşı və himayədarı, imam Həsən, imam Huseyn, həzrət Zeynəb və Ummu Külsümün mehriban anası və tərbiyəvi müəllimi, iki dünya xanımlarının ən şərəflisi həzrət Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür. Bu gün bütün dünya müsəlmanları üçün əlamətdar və şərəfli gün olmaqla bərabər, varlıq aləminin ən zəhmətkeş və dəyərli insanları olan mehriban anaların və xanımların bayramı və böyük sevinc günüdür. Bütün əziz bacı və anaları bu əzəmətli gün münasibətilə təbrik edir və onlara həzrət Zəhranın (əleyhasəlam) yolunun həqiqi davamçıları olmağı arzulayırıq.
Həzrət Zəhra əleyhasəlam ismət və təharət dərəcəsinin ən yüksək qülləsində durur. Əhli-beyt məktəbinin banisi həzrət Sadiq (əleyhissəlam) Fatimei-Zəhranın (əleyhasəlam) ən böyük və sədaqətli bir qadın məqamında olduğuna işarə edərək buyurur:
» وَ هِیَ الصِّدِّیقَهُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى«
“Fatimei-Zəhra (əleyhasəlam) qadın simasının ən böyük sədaqətli nümunəsidir, ötmüş əsrlər onun mərifəti mehvərində dövr edir.”[1]
İltimas dua!