Günün hədisi
16 September 2026
15:08
۴۷۷
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Günün hədisi
Əba Səlt deyir ki, şəban ayının son cümə günü həzrət imam Rza əleyhissəlamın görüşünə getdim. Həzrət buyurdu: Ey Əbus-Səlt şəban ayının əksər hissəsi keçdi və bu son cümə günüdür. Bu ayın qalan son günlərindən çalış lazımınca faydalan, keçmişdə etdiyin təqsirlərdən bağışlanmağını istə, çoxlu dua və istiğfar et, Quran oxuyub etdiyin günahlardan tövbə et ki, Allah-taala səni mübarək rəməzan ayı gəlməzdən qabaq pak və xalis etsin. Öz boynunda bir kimsənin haqqını və əmanətini saxlama onları əda et, öz ürəyində heç kəsin kin-küdurətini saxlama, ürəyindən çıxar, heç bir günaha göz yumma onu özündən uzaq et, Allahdan çəkin və aşkarda və gizlində Ona təvəkkül et. Hər kəs Allaha təvəkkül etsə, Allah ona kömək edər...
Həzrət imam Rza əleyhissəlamın bu hədisindən qısa bir hissəni təqdim edirik:
اَللّهُمَّ اِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنا فیما مَضى مِنْ شَعْبانَ فَاغْفِرْ لَنا فیما بَقِىَ مِنْهُ
“İlahi! Əgər bu ayın keçən günlərində məni bağışlamamısansa, ayın qalan günlərində mənim günahlarımı bağışla!..
Mənbə: Uyun əxbarur-Rza əleyhissəlam, cild-2, səh. 5