Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti
16 September 2026
06:43
۸۵۸
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti
Hicri-qəməri 1441-ci il zil-hiccə ayının 20-i, miladi 2020-ci il avqustun 10-u İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu böyük və əzəmətli sevinc gününü ilk növbədə İmam Sahibəl-əsri vəz-zaman həzrət Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) və həmçinin Əhli-beyt (əleyhimussəlam) məktəbinin həqiqi davamçılarına təbrik və gözünüz aydın deyirik. Ümid edirik əzizlər bu sevinc və fərəh günündə şad olsunlar və öz sevinclərini ailə üzvləri, qohum-əqrəba və dostlar arasında bölüşsünlər.
Həzrət İmam Kazim əleyhissəlamın hikmətli kəlamlarından
مَن لَم یجِد لِلاساءَةِ مَضَضّا لَم یکن عِندَهُ لِلاِحسانِ مَوقعٌ
Həzrət imam Musa ibn Kazim əleyhissəlam buyurur:
“Çətinlik və əziyyət görməyən insan üçün ehsan və yaxşılıq da əhəmiyyət kəsb etməz.”
Mənbə: Biharul-ənvar, cild-78, səh. 333
İltimas dua!