Dəhvul-ərz gününün gecə və gündüzünün fəzilətli əməlləri
16 September 2026
19:11
۹۵۱
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Dəhvul-ərz gününün gecə və gündüzünün fəzilətli əməlləriHicri-qəməri 1441-ci il zil-qədə ayının 25-i, miladi 2020-ci il iyulun 17-si "Dəhvul-ərz" günüdür. Dəhvul-ərz, yəni yerin suda, Kəbə evinin altından salınması. Çox
şərafətli gecələrdən biridir. Bu günün gecə və gündüzündə İlahi rəhmət yerə nazil olar. İbadətlə məşğul olmağın
böyük savabı vardır.
Həsən ibn Əli Vəşşa bir rəvayətdə belə deyir: “Mən uşaq ikən
atamla həzrət İmam Rzanın (əleyhissəlam) xidmətində, zil-qədənin 25-i şam yeyirdik. İmam belə buyurdu: “Bu
gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Kəbə evinin altından yer salınmışdır.
Hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabərdir.” Başqa rəvayətə görə,
İmam Zaman (Allah onun gəlişini tezləşdirsin) bu gündə qiyam edəcək.
La həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!
Sonra dua edib oxu:İltimas dua!