Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü
16 September 2026
06:01
۹۴۱
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü
Hicri-qəməri 1441-ci il rəcəb ayının 25-i, miladi 2020-ci il martın 20-si imamət və vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük müsibəti ilk növbədə əza sahibi həzrət Sahib Zaman əleyhissəlama və həmçinin bütün Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik. Ümid edirik əzizlər bu qəmli-qüssəli gündə əqidəmizə uyğun şəkildə Əhli-beytin (əleyhimussəlam) və xüsusi olaraq həzrət imam Kazimin (əleyhissəlam) yad edilməsində və həqiqətlərin açarı olan dürəfşan kəlamlarından faydalanmaqda bacardıqları səyi göstərsinlər, inşa Allah...