Ramazan ayının hər gecə-gündüzündə müştərək olan əməlləri
16 September 2026
14:19
۹۷۱
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Ramazan ayının hər gecə-gündüzündə müştərək olan əməlləri
“Misbah”, “Bələdül-əmin” və “Məcmuə” kitablarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və
alih) belə buyurduğunu rəvayət edirlər: – “Hər kəs bu duanı mübarək
ramazan ayında hər vacib namazdan sonra oxusa, Allah taala Qiyamət gününə
kimi onun günahlarını bağışlayar.” Dua belədir:
اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ
كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ
عُرْيَانٍ اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ
مَكْرُوبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ
اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ
كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ
حَالِنَا بِحُسْنِ حَالِكَ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَ أَغْنِنَا مِنَ
الْفَقْرِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
“Əllahummə ədxil əla əhlil
quburis surur, Əllahummə əğni kullə fəqir, Əllahummə əşbi`
kullə cayi`, Əllahumməksu
kullə uryan, Əllahumməqzi dəynə kulli mədin, Əllahummə fərric
ən kulli məkrub, Əllahummə ruddə kullə ğərib, Əllahummə fukkə kullə əsir, Əllahummə
əslih kullə fasidin min umuril muslimin, Əllahumməşfi kullə məriz, Əllahummə
suddə fəqrəna biğinak, Əllahummə ğəyyir suə halina bihusni halik, Əllahumməqzi
ənnəd dəyn, və əğnina minəl fəqr, innəkə əla kulli şəy`in qədir.”
İlahi, qəbiristan əhlinə
şadlıq bəxş et! İlahi, bütün yoxsulları ehtiyacsız et! İlahi, bütün acları
doyuzdur! İlahi, libası (paltarı) olmayan bütün çılpaqları (paltarsızları)
geyindir! İlahi, bütün borcluların borclarını ödə! İlahi, bütün çətinlikdə
yaşayanları qəm-qüssədən xilas et! İlahi, bütün qəribləri (öz vətənlərinə)
qaytar! İlahi, bütün əsirləri əsirlikdən qurtar! İlahi, müsəlmanların işlərindəki
bütün fəsadı islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, Öz sərvətinlə
bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halında bizim
uğursuzluğumuzu (pis hallarımızı) dəyişdir! İlahi, bizim borclarımızı ödə və
bizə yoxsulluqdan nicat ver! Həqiqətən, Sən hər şeyə qadirsən!
İltimas dua!