İmam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü
16 September 2026
06:01
۹۵۳
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1440-cı il Rəcəb ayının 1-i, miladi 2019-cu il mart ayının 8-i
həzrət Peyğəmbərin (sallallahu əleyhi və
alih) əziz nəvəsi, imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli,
imam Baqirin (əleyhissəlam) təvəllüd günüdür. Bu sevincli və şad günü bütün müsəlmanlara,
o cümlədən, Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyirik və bütün
mömin bacı-qardaşlara gözəl və şirin həyat arzulayırıq.
İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində
dünyaya gəlmişdir. Atası İmam Zeynul-abidin (əleyhissəlam), anası İmam Həsən əleyhissəlamın
qızı Ümmü Abdullah olmuşdur. İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən
Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən
ilk imam olmuşdur. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülumdur.
O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.
İltimas dua.