Mübarək Şəban ayinin fəzilətlərindən
16 September 2026
09:25
۸۷۲
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Şəban ayinin fəzilətlərindən
عن رَسُول اللَّهِ صلّی الله عليه وآله وَ قَدْ تَذَاکَرَ أَصْحَابُهُ عِنْدَهُ فَضَائِلَ شَعْبَانَ فَقَالَ:
“شهْرٌ شَرِيفٌ وَ هُوَ شَهْرِی وَ حَمَلَةُ الْعَرْشِ تُعَظِّمُهُ وَ تَعْرِفُ حَقَّهُ وَ هُوَ شَهْرٌ تُزَادُ فِيهِ أَرْزَاقُ الْمُؤْمِنِينَ لِشَهْرِ رَمَضَانَ وَ تُزَيَنُ فِيهِ الْجِنَانُ
و إِنَّمَا سُمِّیَ شَعْبَانَ لِأَنَّهُ يَتَشَعَّبُ فِيهِ أَرْزَاقُ الْمُؤْمِنِينَ وَ هُوَ شَهْرٌ الْعَمَلُ فِيهِ مُضَاعَفُ الْحَسَنَةِ بِسَبْعِينَ وَ السَّيِّئَةُ مَحْطُوطَةٌ وَ الذَّنْبُ مَغْفُورٌ وَ الْحَسَنَةُ مَقْبُولَةٌ وَ الْجَبَّارُ جَلَّ جَلَالُهُ يُبَاهِی فِيهِ بِعِبَادِهِ وَ يَنْظُرُ صُوَّامَهُ وَ قُوَّامَهُ فَيُبَاهِی بِهِمْ حَمَلَةَ الْعَرْشِ”
Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, əshabı Həzrətin qarşısında Şəban ayının fəzilətlərini xatırlatdılar ki, Həzrət buyurdu:
“Mənim ayım olan bu ay şərafətli bir aydır. “Ərş”in daşıyıcıları onun hörmətini saxlayıb həqqini tanıyırdılar. Bu ay bir aydır ki, Ramazan ayına görə möminlərin ruzisi artırılar və Behiştə zinət verilər.
Şəban ayı şəban adlandırılıb ona görə ki, möminlərin ruzisi bu ayda növ-növ və şöbə-şöbə olar. Bu elə bir aydır ki, hər bir yaxşı əməl bu ayda yetmiş bərabər hesablanar. Pisliklər bu ayda məhv olar, günahlar bağışlanar və yaxşı əməllər qəbul edilər. Cabbar Allah bu ayda öz bəndələri ilə fəxr edir. Oruc tutan və gecəni sübhə kimi ibadət edənlərə rəhmət nəzərini şamil edər. Beləliklə, onlara görə “ərşi” həml edənlərə də iftixar edər”.
Mənbə:
“Biharul-ənvar”, cild- 94, səh. 69