Həzrət imam Həsən Əsgəri əleyhissəlamın mövludu
16 September 2026
08:53
۱,۱۶۹
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Hizcri-qəməri 1439-cu il rəbius-sani ayının 8-i, miladi 2017-ci il dekabrın 27-si həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəh) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın mövlud günüdür. Əhli-beyt əleyhimussəlamın sevin və fərhn günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün müsəlmanları əmin-amanlıqda və səadətli günlərdə qərar versin.
Burada Həzrətİmam Həsən Əsgəri əleyhissəlamdan bir hədisi möminlərə təqdim edirik:
“أُوصِيكُمْ بِتَقْوَى اللَّهِ وَ الْوَرَعِ فِي دِينِكُمْ وَ الِاجْتِهَادِ لِلَّهِ وَ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فَاجِر”
“Sizə vəsiyyət edirəm, Allah-təalanın dinini qoruyub Ona itaət etməkdə İlahi təqvaya yiyələnin, Allahın yolunda və İlahi mərifətə çatmaqda səy və cəhd edin, doğru danışın və əmanət sahibi istər yaxşı insan olsun, istərsə də günahkar insan, əmanətinə vəfa edin...”[1]
İltimasi dua![1] «Tuhəful-uqul”, səh. 487