Həzrət Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu
16 September 2026
08:52
۱,۲۷۹
Xəbərin xülasəsi :
“Həqiqətən, Allah-təala yer üzünə nəzər saldı və bizi ixtiyar etdi, sonra bizim üçün şiələri ixtiyar etdi ki, bizə nüsrət edərlər, bizim fərəhimizdə fərəhlənər, qəmimizdə qəmlənərlər, öz malları və canlarını bizə bağışlarlar, onlar bizdəndirlər və bizə tərəf gələrlər.”
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1439-cu il rəbiul-əvvəl ayının 17-si, miladi 2017-ci il dekabr ayının 6-ı Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) və imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir. Bu böyük və təntənəli günü həzrət İmam Məhdi Sahib əz-zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir, bütün mömin bacı və qardaşlara dünya və axirət səadətini arzulayırıq.
Həzrət Əmirəl-möminin (əleyhissəlam) buyurur:
قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عليه السلام: شِيعَتُنَا بِمَنْزِلَةِ النَّحْلِ لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي أَجْوَافِهَا لَأَكَلُوهَا
Bizim şiələrimiz xurma ağacı misalındadırlar: əgər insanlar onların qəlblərində olanlardan xəbər tutsaydılar, onları yeyərdilər.
Həmçinin buyurur:
وَ قَالَ عليه السلام: إِنَّ أَهْلَ الْجَنَّةِ لَيَنْظُرُونَ إِلَى مَنَازِلِ شِيعَتِنَا كَمَا يَنْظُرُ الْإِنْسَانُ إِلَى الْكَوَاكِبِ فِي السَّمَاء
“Həqiqətən, insanlar səmada ulduzlara baxdıqları kimi, cənnət əhli də bizim şiələrin mənzillərinə baxarlar.”
Həmçinin buyurur:
وَ قَالَ عليه السلام: سِرَاجُ الْمُؤْمِنِ مَعْرِفَةُ حَقِّنَا
“Möminin çırağı biz Əhli-beytin (əleyhimussəlam) haqqına mərifət əldə etməkdir.”
Həmçinin buyurur:
وَ قَالَ عليه السلام: إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى اطَّلَعَ إِلَى الْأَرْضِ فَاخْتَارَنَا وَ اخْتَارَ لَنَا شِيعَةً يَنْصُرُونَنَا وَ يَفْرَحُونَ بِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا وَ يَبْذُلُونَ أَمْوَالَهُمْ وَ أَنْفُسَهُمْ فِينَا أُولَئِكَ مِنَّا وَ إِلَيْنَا
“Həqiqətən, Allah-təala yer üzünə nəzər saldı və bizi ixtiyar etdi, sonra bizim üçün şiələri ixtiyar etdi ki, bizə nüsrət edərlər, bizim fərəhimizdə fərəhlənər, qəmimizdə qəmlənərlər, öz malları və canlarını bizə bağışlarlar, onlar bizdəndirlər və bizə tərəf gələrlər.”[1]
Ümid edirik inşa Allah-təala, Əhli-beytin (əleyhimussəlam) şadlıqlarında şadlanan və qəm-qüssələrində qəmlənən həqiqi möminlərdən olaq! Amin ya Rəbbəl-aləmin!
İltimas dua!
[1] Biharul-ənvar, 65-ci cild, səh. 17 və 18-də mərhum Şeyx Səduqun Əl-Xisal
kitabının 2-ci cild, 163, 165, 167, 169-cu səhifələrinə istinad edərək.