İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
16 September 2026
08:26
۱,۱۴۳
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اكْتُبْ لَنَا مِثْلَ أُجُورِ مَنْ صَامَهُ، أَوْ تَعَبَّدَ لَكَ فِيهِ إِلَى يَوْمِ الْقِيَامَةِ. اللَّهُمَّ إِنَّا نَتُوبُ إِلَيْكَ فِي يَوْمِ فِطْرِنَا الَّذِي جَعَلْتَهُ لِلْمُؤْمِنِينَ عِيدا وَ سُرُورا، وَ لِأَهْلِ مِلَّتِكَ مَجْمَعا وَ مُحْتَشَدا مِنْ كُلِّ ذَنْبٍ أَذْنَبْنَاهُ، أَوْ سُوءٍ أَسْلَفْنَاهُ، أَوْ خَاطِرِ شَرٍّ أَضْمَرْنَاهُ، تَوْبَةَ مَنْ لا يَنْطَوِي عَلَى رُجُوعٍ إِلَى ذَنْبٍ، وَ لا يَعُودُ بَعْدَهَا فِي خَطِيئَةٍ، تَوْبَةً نَصُوحا خَلَصَتْ مِنَ الشَّكِّ وَ الارْتِيَابِ، فَتَقَبَّلْهَا مِنَّا، وَ ارْضَ عَنَّا، وَ ثَبِّتْنَا عَلَيْهَا. اللَّهُمَّ ارْزُقْنَا خَوْفَ عِقَابِ الْوَعِيدِ، وَ شَوْقَ ثَوَابِ الْمَوْعُودِ حَتَّى نَجِدَ لَذَّةَ مَا نَدْعُوكَ بِهِ، وَ كَأْبَةَ مَا نَسْتَجِيرُكَ مِنْهُ. وَ اجْعَلْنَا عِنْدَكَ مِنَ التَّوَّابِينَ الَّذِينَ أَوْجَبْتَ لَهُمْ مَحَبَّتَكَ، وَ قَبِلْتَ مِنْهُمْ مُرَاجَعَةَ طَاعَتِكَ، يَا أَعْدَلَ الْعَادِلِينَ.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizim üçün qiyamətədək oruc tutanların, onda Sənə bəndəlik edənlərin əcrini qeyd etdir.
Ey mənim Rəbbim, iman əhlinə bayram və şadlıq, din əhli üçün ictima günü qərar verdiyin Fitr günündə Sənin dərgahına tövbə edirik. Qəlbimizdəki pis fikirdən bir daha günaha qayıtmaq fikri olmayanın tövbədən sonra heç bir xətaya yönəlməyən, şəkk-şübhədən pak və uzaq olan bir kəsin tövbəsi kimi töbvə edirik, belə isə onu bizdən qəbul et, bizdən razı qal, bizi onda sabit qədəm et.
Ey mənim Rəbbim, və’də verilən əzabdan qorxutmağı, onun savabına rəğbət bəsləməyi bir ruzi et ki, Səndən istədiyimizin ləzzətini tapaq, qüssəsindən sənə pənah apardığımıza yetək, bizi məhəbbətini onlara vacib etdiyin tövbəkarlardan qərar ver, o kəslərdən ki, özünə sarı itaətə qayıdışlarını qəbul etmisən, ey ədalətlərin ən ədalətlisi!
İltimas dua
(ardını izləyin)