İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
16 September 2026
08:26
۱,۳۰۲
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.
اللَّهُمَّ اسْلَخْنَا بِانْسِلاخِ هَذَا الشَّهْرِ مِنْ خَطَايَانَا، وَ أَخْرِجْنَا بِخُرُوجِهِ مِنْ سَيِّئَاتِنَا، وَ اجْعَلْنَا مِنْ أَسْعَدِ أَهْلِهِ بِهِ، وَ أَجْزَلِهِمْ قِسْما فِيهِ، وَ أَوْفَرِهِمْ حَظّا مِنْهُ. اللَّهُمَّ وَ مَنْ رَعَى هَذَا الشَّهْرَ حَقَّ رِعَايَتِهِ، وَ حَفِظَ حُرْمَتَهُ حَقَّ حِفْظِهَا، وَ قَامَ بِحُدُودِهِ حَقَّ قِيَامِهَا، وَ اتَّقَى ذُنُوبَهُ حَقَّ تُقَاتِهَا، أَوْ تَقَرَّبَ إِلَيْكَ بِقُرْبَةٍ أَوْجَبَتْ رِضَاكَ لَهُ، وَ عَطَفَتْ رَحْمَتَكَ عَلَيْهِ، فَهَبْ لَنَا مِثْلَهُ مِنْ وُجْدِكَ، وَ أَعْطِنَا أَضْعَافَهُ مِنْ فَضْلِكَ، فَإِنَّ فَضْلَكَ لا يَغِيضُ، وَ إِنَّ خَزَائِنَكَ لا تَنْقُصُ بَلْ تَفِيضُ، وَ إِنَّ مَعَادِنَ إِحْسَانِكَ لا تَفْنَى، وَ إِنَّ عَطَاءَكَ لَلْعَطَاءُ الْمُهَنَّا.
Ey mənim Rəbbim, bu ayın bitməsini günahlarımızın tükənməsi qərar ver, çıxmağı ilə bizi pisliklərdən çıxart, bizi bu ayda onun ən səadətli əhlindən, onda çox nəsibi olanlardan, Səndən daha çox fayda görənlərdən et.
Ey mənim Rəbbim, bu ayı olduğu kimi riayət edən, hörmətini lazımi şəkildə qoruyan, hudularını layiqincə dirçəldən, günahlarından düzgün tərzdə çəkinəm, yaxud sənin razılığına səbəb olan yaxşı işlə sənə yaxınlaşan, rəhmətini bu işlə ona yönəltdiyi kimsəyə verdiyin ne’mətlər kimi öz sərvətindən bizə də ona verdiyindən nəsib et, öz lütfündən onun bir neçə qat artığını bizə inayət et, çünki lütfün azalmaz, xəzinələrin əskilməz, hətta artarda, ehsan mə’dənlərin aradan getməz, həqiqətən də sənin bəxşişin şirin bir bəxşişdir.
İltimas dua
(ardını izləyin)