Həzrət Səccad əleyhissəlamın münacatlarından
16 September 2026
08:10
۱,۰۳۸
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Əli ibn Huseyn əleyhiməssəlamın möhtəşəm “Səhifei-Səccadiyyə” kitabının 44-cü duasında mübarək Ramazan ayının gəlişi münasibəti ilə Allah-təalanın dərgahında etdiyi münacatını siz əzizlərə təqdim edirik.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ هَذَا الشَّهْرِ، وَ بِحَقِّ مَنْ تَعَبَّدَ لَكَ فِيهِ مِنِ ابْتِدَائِهِ إِلَى وَقْتِ فَنَائِهِ: مِنْ مَلَكٍ قَرَّبْتَهُ، أَوْ نَبِيٍّ أَرْسَلْتَهُ، أَوْ عَبْدٍ صَالِحٍ اخْتَصَصْتَهُ، أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ أَهِّلْنَا فِيهِ لِمَا وَعَدْتَ أَوْلِيَاءَكَ مِنْ كَرَامَتِكَ، وَ أَوْجِبْ لَنَا فِيهِ مَا أَوْجَبْتَ لِأَهْلِ الْمُبَالَغَةِ فِي طَاعَتِكَ، وَ اجْعَلْنَا فِي نَظْمِ مَنِ اسْتَحَقَّ الرَّفِيعَ الْأَعْلَى بِرَحْمَتِكَ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ جَنِّبْنَا الْإِلْحَادَ فِي تَوْحِيدِكَ، وَ الْتَّقْصِيرَ فِي تَمْجِيدِكَ، وَ الشَّكَّ فِي دِينِكَ، وَ الْعَمَى عَنْ سَبِيلِكَ، وَ الْإِغْفَالَ لِحُرْمَتِكَ، وَ الانْخِدَاعَ لِعَدُوِّكَ الشَّيْطَانِ الرَّجِيمِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ إِذَا كَانَ لَكَ فِي كُلِّ لَيْلَةٍ مِنْ لَيَالِي شَهْرِنَا هَذَا رِقَابٌ يُعْتِقُهَا عَفْوُكَ، أَوْ يَهَبُهَا صَفْحُكَ فَاجْعَلْ رِقَابَنَا مِنْ تِلْكَ الرِّقَابِ، وَ اجْعَلْنَا لِشَهْرِنَا مِنْ خَيْرِ أَهْلٍ وَ أَصْحَابٍ.
Ey mənim Rəbbim, Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə, yaxud seçdiyin saleh bir bəndəyə and verirəm ki, Muhəmməd və onun soyuna salam yetir və bu ayda bizi övliyalarına verdiyin və’də layiq et, itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə də nəsib et, rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlara yetənlərin zümrəsində qərar ver.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi tohidində azmaqdan, Səni sitayiş etməkdə səhlənkarlıq göstərməkdən, dininə şəkk etməkdən, yoluna kor olmaqdan haram etdiklərinə saymazyana yanaşmaqdan uzaqlaşdır.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın gecələrindən hər birində bəcşişinlə bəndələrindən azad etdiklərindən, yaxud əfvin onları bağışladıqlarından qərar ver, bizi Ramazan ayı üçün onun ən yaxşı dostlarından et.