Həzrət İmam Hadi əleyhissəlamın şəhadəti
16 September 2026
05:02
۱,۴۷۴
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Hadi əleyhissəlamın şəhadəti münasibətilə bütün möminlərə təsəlli verərək o Həzrətin dəyərli və dürəfşan kəlamlarından faydalanmaq ümidi ilə "Qədiri-Xum" günündə bəyan etdiyi Əmirəl-Möminin əleyhissəlamın ziyarətnaməsindən bir neçə cümləni sizə təqdim edirik:
Salam olsun sənə, ey Əmirəlmöminin, ey vəsilərin sərvəri, peyğəmbərlərin elminin varisi, aləmlərin Rəbbinin höccəti, mənim və möminlərin rəhbəri! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun sənə, ey mənim sərvərim, ey Əmirəlmöminin, ey Allahın yer üzündə əmanətdarı, Öz məxluqatı arasında nümayəndəsi və bəndələrə kamil höccəti! Salam olsun sənə, ey Allahın möhkəm dini və doğru yolu! Salam olsun sənə, ey insanların onun barəsində ixtilafda olduğu və barəsində soruşulacağı böyük xəbər! Salam olsun sənə, ey Əmirəlmöminin! Onlar müşrik olduqları halda, sən Allaha iman gətirdin (haqqı təsdiq etdin) və dində ixlaslı, səbirli və mükafat ardınca olduğun halda, əcəlin çatdı! Bilin ki, Allahın lənəti zülmkarlaradır! Salam olsun sənə, ey müsəlmanların sərvəri, möminlərin hakimi, təqvalıların rəhbəri və üzüağ bəndələrin iqtida etdiyi! Allahın rəhmət və bərəkətləri olsun ona! Şəhadət verirəm ki, həqiqətən, sən Allahın Rəsulunun qardaşı və onun canişini, elminin varisi, şəriətinin əmanətdarı, ümməti arasında xəlifəsi, Allaha iman gətirən ilk şəxs və Onun peyğəmbərinə nazil olanı təsdiq edənsən!..
İltimasi dua