XƏBƏRLƏR ARXİVİ
01 November 2026
03:02
1834
Ramazan ayı: 29-cu günün duası
İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah!
01 November 2026
03:02
1803
Ramazan ayı: 28-ci günün duası
İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
01 November 2026
03:02
2089
Hüzuri-qəlb məsələsində qəlb sözünün mənası
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
01 November 2026
03:02
1752
Ramazan ayı: 27-ci günün duası
İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!
01 November 2026
03:02
1622
Ramazan ayı: 26-cı günün duası
İlahi, bu gün mənim səyimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!
01 November 2026
03:02
1630
Ramazan ayı: 25-ci günün duası
İlahi, məni bu gün dostlarını istəyən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin din və şərəfini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqlardan qoruyan Allah!
01 November 2026
03:02
1744
Ramazan ayı: 24-ci günün duası
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!
01 November 2026
03:02
1674
Ramazan ayı: 23-cü günün duası
İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!
پربازدیدترین خبرها
01 November 2026
03:02
۱۴,۰۰۱
01 November 2026
03:02
۱۲,۵۱۷
01 November 2026
03:02
۱۱,۷۰۲
01 November 2026
03:02
۸,۰۲۸
01 November 2026
03:02
۷,۸۳۸
01 November 2026
03:02
۷,۲۰۷