Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
16 September 2026
11:38
۳۶۶
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdüوَ كَتَبَ إِلَيْهِ بَعْضُ شِيعَتِهِ يُعَرِّفُهُ اِخْتِلاَفَ اَلشِّيعَةِ فَكَتَبَ ع إِنَّمَا خَاطَبَ اَللَّهُ اَلْعَاقِلَ وَ اَلنَّاسُ فِيَّ عَلَى طَبَقَاتٍ اَلْمُسْتَبْصِرُ عَلَى سَبِيلِ نَجَاةٍ مُتَمَسِّكٌ بِالْحَقِّ مُتَعَلِّقٌ بِفَرْعِ اَلْأَصْلِ غَيْرُ شَاكٍّ وَ لاَ مُرْتَابٍ لاَ يَجِدُ عَنِّي مَلْجَأً وَ طَبَقَةٌ لَمْ تَأْخُذِ اَلْحَقَّ مِنْ أَهْلِهِ فَهُمْ كَرَاكِبِ اَلْبَحْرِ يَمُوجُ عِنْدَ مَوْجِهِ وَ يَسْكُنُ عِنْدَ سُكُونِهِ وَ طَبَقَةٌ اِسْتَحْوَذَ عَلَيْهِمُ اَلشَّيْطانُ شَأْنُهُمُ اَلرَّدُّ عَلَى أَهْلِ اَلْحَقِّ وَ دَفْعُ اَلْحَقِّ بِالْبَاطِلِ حَسَداً مِنْ عِنْدِ أَنْفُسِهِمْ دَعْ مَنْ ذَهَبَ يَمِيناً وَ شِمَالاً فَإِنَّ اَلرَّاعِيَ إِذَا أَرَادَ أَنْ يَجْمَعَ غَنَمَهُ جَمَعَهَا بِأَهْوَنِ سَعْيٍ وَ إِيَّاكَ وَ اَلْإِذَاعَةَ وَ طَلَبَ اَلرِّئَاسَةِ فَإِنَّهُمَا يَدْعُوَانِ إِلَى اَلْهَلَكَةِ
“Şiələr arasında həzrət imam Həsən Əsgəri əleyhissəlam haqqında ixtilafların olduğunu çatdıran bir şəxsin cavabında belə yazır: Həqiqətən, Allah-taala aqil insanlara xitab buyurur. Camaat mənim barəmdə üç dəstəyə bölünüb: Bir dəstə agah və bəsirət əhlidir, nicat yolunda qədəm götürüblər, haqqa sığınırlar, sanki ağac gövdəsinin qırılmaz budağından tutublar, şəkk və şübhədən uzaqdırlar və məndən qeyrisinə pənah aparmazlar; ikinci dəstə haqqı həqiqi əhlindən əxz etməyiblər. Onlar dərya üzərində olan şəxsə bənzəyirlər, dərya dalğalandıqda dalğalanar və sakit olduqda sakitləşərlər; üçüncü dəstəyə şeytan hakim olub. İşləri haqq əhli ilə müxalifət etmək, batil yol ila haqdan uzaqlaşmaqdır. Bu rəftar onların daxili həsadət və paxıllığından qaynaqlanır. Deməli, sağa və sola yönəlib meyl edən kəsi boşla. Həqiqətən, sürüdən uzaqlaşan qoyunu qaytarmaq hər bir çoban üçün olduqca asandır. Məbada vəzifə və rəislik arzusu edib, sirr açasan və ifşagərlik edəsən!? Şübhəsiz ki, bu iki məsələ insanı həlakətə aparır.”
Mənbə: Tuhəful-uqul, səh. 486