Azari

Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi

24 March 2025

19:49

۱۸

Xəbərin xülasəsi :
İlahi! Bu gün razı olduğun əməllərin yolunu mənə göstər, şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə, məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məqam qərar ver. Ey hacətləri olan bəndələrin ehtiyacını ödəyən
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi

اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ إِلَى مَرْضَاتِكَ دَلِيلا وَ لا تَجْعَلْ لِلشَّيْطَانِ فِيهِ عَلَيَّ سَبِيلا وَ اجْعَلِ الْجَنَّةَ لِي مَنْزِلا وَ مَقِيلا يَا قَاضِيَ حَوَائِجِ الطَّالِبِينَ

Əllahumməc`əl li fihi ilə mərzatikə dəlilən və la təc`əl liş-şəy­tani fihi ələyyə səbilən vəc`­əlil cənnətə li mənzilən və mə­qi­lən, ya qaziyə həvaicit talibin.

“İlahi! Bu gün razı olduğun əməllərin yolunu mənə göstər, şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə, məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məqam qərar ver. Ey hacətləri olan bəndələrin ehtiyacını ödəyən!”

Duanın əsas kəlmə və ifadələri:

İlahi razılıq; şeytanın qələbəsi; Behişti tələb etmək; Hacətlər.

Duanın sifariş və peyğamları:

1-İslam dinində ata-ananın xüsusi məqam və ehtiramı vardır, hətta bəzən qeyd edilir ki, Allahın razılığı ata-ananın razılığı ilə əldə edilir; (Mustədrəkul vəsail, cild-12, səh. 147)

2- Saleh əməl olmadan, ancaq dua etməklə Behiştə getmək kifayət etməz. Əslində, bu məqsədə nail olmaq üçün İlahinin buyurduğu tərzdə yaşamalıyıq.

3-Həzrət Əmirəl-möminin (əleyhissəlam): “Ancaq öz nəfsləri ilə mübarizə edənlər Behişdə gedəcəklər.”

4-Peyğəmbər-Əkrəm (sallallahu əleyhi və alih): “Möminin hacətini yerinə yetirmək üçün səy edib çalışmaq neçə min ilin oruc və munacatına bərabərdir.” (Biharul-Ənvar, cild-74, səh. 315)


İlahi! Möminlərin çalışıb səy etmələrini Öz razılığn olan əməllərə tərəf istiqamət ver; Əmirəl-möminin əleyhissəlamı onlara meyar və mehvər təyin et; Quran və Əhli-Beyt əleyhimussəlamın ehtiramına möminləri Qədr gecəsinin bərəkətləri ilə bəhrələndir, Amin, ya Rabbil aləmin!

İltimas dua


Etiketlər :

Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi