Ramazan ayının on səkkizinci gününün duasının qısa şərhi
21 March 2025
18:56
۴
Xəbərin xülasəsi :
-
Ramazan ayının iyirminci gününün duasının qısa izahı
-
Ramazan ayının on doqquzuncu gününün duasının qısa şərhi
-
Ramazan ayının on səkkizinci gününün duasının qısa şərhi
-
Ramazan ayının on yeddinci gününün duasının qısa izahı
-
Ramazan ayının on altıncı gününün duasının qısa izahı
-
Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on səkkizinci gününün duasının qısa şərhi
اللَّهُمَّ نَبِّهْنِي فِيهِ لِبَرَكَاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِيهِ قَلْبِي بِضِيَاءِ أَنْوَارِهِ وَ خُذْ بِكُلِّ أَعْضَائِي إِلَى اتِّبَاعِ آثَارِهِ بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ
“Əllahummə nəbbihni fihi libərəkati əsharihi və nəvvir fihi qəlbi biziyai ənvarihi və xuz bikulli ə`zayi iləttibai asarihi; Binurikə ya munəvvirə qulubil arifin.”
“İlahi! Bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni ayılt və agah et; Bu gün Ramazan ayının nurları ilə qəlbimi işıqlandır; Mənim bütün bədən üzvlərimi bu ayın bərəkət və əsərlərinə təslim et; (bütün fikrim və əməlim bu ayın əməllərinə məşğul olsun) Öz camalının nuru ilə! Ey ariflərin qəlblərini nurlandıran!”
Duanın əsas kəlmə və ifadələri:
Səhərin ayıqlığı; Qəlbin nuraniyyəti; Bədən üzvlərinin təslim və məşğul olması; İlahi nur.
Duanın möminlərə sifariş və tövsiyələri:
1-Əmirəl-möminin (əleyhissəlam) buyurur: “Səhər çağı istiğfar etməyin ardınca Allah-taalanin və mələklərin salam və alqışları gəlir”; (Mən la yəhzuruhul fəqih, cild-2, səh. 37)
2-Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih): “Gecə yarısının munacat və duası qəlbi nuraniləşdirir.” (Mizanul-hikmət, cild-5, səh. 419)
Hafiz deyir: Ey ürək! Yan! Çünki sənin yanğın bir sıra işlərə nail olur;
Gecə yarısının duası yüz bəlanı aradan aparır.
3-Əgər bədən üzvləri Allahın hökmünə və qüdrətinə tam təslim olsa, Allah-taalaya müti olacaqdır;
Günahın çirkinliyi ilə dolu olan qəlb sərt və rəhimsiz olur və artıq haqqı və hidayət nurunu qəbul edə bilmir. (Təfsir Nümunə, cild-19, səh. 425)
4-Əhli-Beyt (əleyhimussəlam) imamlarının nuru Allah nurudur;
Həzrət imam “Baqir əleyhissəlam: Möminlərin qəlbində İmamın nuru gündüz çağı günəş işığından daha nurludur.” (Əl-Kafi, cild-1, səh. 194)
İlahi! Ramazan ayının səhər mehinin bərəkətindən möminləri bəhrələndir; Bütün bədən üzvlərimizi şəriət müqabilində təslim et; İlahi hökmləri yerinə yetirməklə möminlərin qəlblərinə nuraniyyət bəxş et; Onların qəlblərini Quran və Məsumların (əleyhimussəlam) nuru ilə işıqlandır.
Qədr gecələrinin dualarında Allahdan istəyirik ki, Qiyamətdən xof etməyimiz və Allahın rəhmətinə ümidli olmağımız xatirinə bizi cəhənnəm odundan azad olmuşlardan etsin. Amin! Ya Rabbil aləmin!
İltimas dua