Ramazan ayının üçüncü gününün duası
27 July 2025
21:21
۴۶
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının üçüncü gününün duası
“اللَّهُمَّ ارْزُقْنِي فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِي فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِي نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ”
“Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl-li nəsibən min kulli xəyrin tunzilu fihi bicudikə, ya əcvədəl əcvədin.”
“İlahi, bu gün mənə yaxşı zehin, ayıqlıq və aydın fikir əta et; məni ağılsız və səfeh işlərdən uzaq et; bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!”
Üşüncü günün duasında işlənən əsas kəlmələr:
Zehn, aydın və ayıq düşüncə; Xeyir və yaxşılıq; Səxavətlilərin səxavətlisi.
Duanın sifariş və peyğamları:
1-İnsan Allah-taalanın ona inayət buyurduğu ağıl səbəbinə məxluqatın ən şərəflisi oldu. O ağıl vasitəsilə İlahi mərifəti kəsb edə bilər;
2-Hikmətli və ağıllı insan işlərini tədbir və düşüncə əsasında yerinə yetirir, lakin səfeh və ağılsızın rəftar və əməlləri qeyri məntiqi və düşünülməzdir.
3-Səfeh ilə düşüncəsiz (təmvih) insanın fərqi bundadır ki, səfeh insan öz əməlinin batil olmasından xəbərsizdir, lakin düşüncəsiz insan pis və yaraşmaz bir şeyə zinət verərək onu zahirdə yaxşı göstərməyə çalışır;
4-Heç bir xeyir və yaxşılığı kiçik dəyərləndirmək olmaz. Mümkündür bir kiçik saleh əməl insanın çoxlu günahlarının bağışlanmasına səbəb ola bilər; (Biharul-Ənvar, cild-1, səh. 182)
5-Heç günahı kiçik sanmaq olmaz, çünki mümkündür həmin əməl Allahın qəzəbinə səbəb olsun;
6-Yaxşı əməllər ilə öyünüb məğrur olmaq xalis niyyətə nöqsan yetirir və əməlin aradan getməsinə səbəb olur;
7-Allah-taala səxavətli və cavaddır, yəni Öz bəndəsindən heç bir bəxşiş və inayəti əsirgəmir;
8-Həqiqi səxavət və cud sahibi yalnız Allahdır və başqalarının bəxşişləri öz tərəflərindən deyil, həqiqətdə Allahın onlara əta etdiyindəndir.
Möminləri dua etməyi unutmayın