Spirtin növləri
13 March 2025 Saat 20:32
Spirtin hansı növləri pak, hansı növləri isə nəcisdir?
کلمات کلیدی :
۳,۵۵۸
Tibbi spirt
13 March 2025 Saat 20:32
Buyurmusunuz ki, əgər bir şey əsil maye və məst edici olsa nəcisdir. Tibbi spirti Həzrət Ayətullah Fazil Lənkərani (Allah rəhmət etsin) məst edici bilmirdi. Əgər bir nəfər dəqiqliklə tibbi spirtin məst edici olmasin bilsə nəcis hökmündədir, amma əgər bir nəfər tibbi spirtin məst edici olub-olmamasını bilməsə pakdır. Mən araşdırmışam ki, bütün tibbi- spirtlər məst edicidir. Hamısına su əlavə edilib içilməsi mümkün və eyni zamandada içən şəxsin məst olması mütləqdir. Yaxşı, əgər məsələ belədirsə, Həzrət Ayətullah Fazil Lənkərani(Allah rəhmət etsin) ağa deyir ki, mən tibbi spirti məst edici bilmirəm. Onda belə bir nəticə çıxardıram ki, tibbi- spirt özü-özlüyündə məst edici olsada belə mərhum Lənkərani ağa onu məst edici saymadığına əsasən pakdır. Yəni, tibb üçün hazırlanıb və tibdə istifadə olunduğu üçün əsli məst edici olsa belə pakdır. Düzgün başa düşmüşəm? Əgər desəniz ki, yox sənin üçün tibbi spirt nəcisdir.Bu halda belə çıxır ki, mərhum Lənkərani ağa müqəllidləri üçün yox, özü üçün deyirmiş: mən tibbi spirti məst edici bilmirəm. Yəni, kiməsə sübut olunsa, tibbi spirt məst edicidirsə o müqəllid üçün nəcisdir. Düzgün başa düşmüşəm? Əgər desəniz, bəli düzgün başa düşmüsən. Bəs mənim keçmişdə qıldığım namazlarımın hökmü nədir? Çünki, ölkəmizdə böyük alimlər, hətta Müçtehidlərin nümayəndələri deyirdi: tibbi- spirt əsli maye və məst edici olsa belə Lənkərani ağa onu pak bilir. Məndə onların bu sözünə əsasən bədənimdə və paltarımda belə spirt ola-ola namaz qılmışam.
کلمات کلیدی :
۳,۵۱۹
Peyğəmbərlərin zühur etdiyi torpaqlar
13 March 2025 Saat 20:32
Sual: Salamun aleykum Nə üçün bütün peyğəmbərlər şərqdə zühur etmişlər və avropa ölkələri və qərbdə peyğəmbər olmamışdır?
کلمات کلیدی :
۳,۴۹۴
Cadu haqda
13 March 2025 Saat 20:32
Bizim evdə heç kim bir-biri ilə yola getmir, bir dəfə quran açdırdıq, bildirdilər ki bizə sehr-cadu edilib qəbristanlıqda basdırılmışdır. Doğrusu əvvəllər biz bunlara inanmazdıq, amma dini kitablar oxuduqca məlum oldu ki, peyğəmbərlərin həyatında da bu kimi hadisələr baş vermişdir. Cadunu tapıb çıxarsaq, onu batil edə bilərikmi? Və yaxud yalnız namaz ilə qorunmaq mümkündürmü?
کلمات کلیدی :
۳,۴۷۳
Hər şey Allahla necə əlaqələndirilir?
13 March 2025 Saat 20:32
Allah darıxırmı? Allaın hövsələsi qutarırmı? Allahın bir kəslə söhbət etməyə ehtiyacı varmı? Allahın bir şeyi görməyə ehtiyacı varmı? Allahın bir şeylə oynamağa ehtiyacı varmı? Allahın öz bəndəsinin ibadətinə ehtiyacı varmı? Allah ona ibadət etsinlər deyə varlıqları yaradır, buna ehtiyacı varmı? Allah mələk, insan və cinlərdən özü üçün ordu toplayır ki, onlar bir-birləri ilə müharibə etsinlər? Allahın mehribançılığa ehtiyacı vardır? Allah adildirmi? Allah ədaləti riayət edirmi? Sizin cavabinizi bilirəm. Əgər sizin cavabınız düzdürsə o zaman niyə Allah insanı yaratdı? Əgər Allah adildirsə niyə görə, dünyaya gələn bir uşaq şah, digər bir uşaq kasıb olur? Şahın oğlu nemətlərlə böyüyür, amma kasıb olan uşaq hətta bir gecənin yeməyinə belə möhtacdır? Məgər uşaqların dünyaya gəlməsi öz əllərindədir ki, hansı ailədə yaşamaqlarını özləri seçsinlər? Əgər Allah insanı yaratmasaydı hansı bəndə Behiştə getmək istəyərdi, ya hansı bəndənin haqqı tapdalanardı? Hansı bəndə pis əməl görüb Cəhənnəm əhli olmaq istərdi? Əgər Allah mehribandırsa və əvvəldən belə olacağını bilirdisə, edə bilməzdimi ki, heç bir insanı yaratmasın və o insan da günah edib cəhənnəmlik olmasın? Mənə məktəbdə deyirlər ki, ağac, dağ, dünya, yer və zaman varsa, bəs Allah da vardır. Axı yerin və zamanın olması Allahın olması ilə nə əlaqəsi var?
کلمات کلیدی :
۳,۴۶۰
İslamda kişilərin qadınlardan üstünlüyünün səbəbi
13 March 2025 Saat 20:32
Mənim sualım belədir: Qadınlar güman edirlər ki, ”ər-Ricalu qəvvamunə ələn-nisa” ayəsində İslam onların zərərinə danışmışdır. Bu məsələni onlar üçün necə izah edək? Ayə necə təfsir olunmalıdır?
کلمات کلیدی :
۳,۵۷۸