Yer üzü bircə gün belə İmamsız qalmaz
09 February 2026
04:19
۱,۷۱۵
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbu Cəfər İmam Baqir (əleyhissəlam) buyurur:
عَنْ أَبِي جَعْفَرٍ A قَالَ: سَمِعْتُهُ يَقُولُ:لَوْ بَقِيَتِ الْأَرْضُ يَوْماً [وَاحِداً] بِلَا إِمَامٍ مِنَّا لَسَاخَتِ الْأَرْضُ بِأَهْلِهَا، وَ لَعَذَّبَهُمُ اللَّهُ بِأَشَدِّ عَذَابِهِ، وَ ذَلِكَ أَنَّ اللَّهَ جَعَلَنَا حُجَّةً فِي أَرْضِهِ وَ أَمَاناً فِي الْأَرْضِ لِأَهْلِ الْأَرْضِ، لَنْ يَزَالُوا بِأَمَانٍ مِنْ أَنْ تَسِيخَ بِهِمْ الْأَرْضُ مَا دُمْنَا بَيْنَ أَظْهُرِهِمْ، فَإِذَا أَرَادَ اللَّهُ أَنْ يُهْلِكَهُمْ، ثُمَّ لَا يُمْهِلَهُمْ، وَ لَا يُنْظِرَهُمْ، ذَهَبَ بِنَا مِنْ بَيْنِهِمْ ورفعنا إليه ، ثُمَّ يَفْعَلُ اللَّهُ (تَعَالَى) بِهِمْ مَا يَشَاءُ[ما شاء و احبّ]
“Əgər yer üzü bircə gün imamsız qalsa, yer öz əhlini udar, Allah-taala onun əhalisinə ən şiddətli əzab ilə əzab verər. Səbəbi budur ki, Allah-taala bizi Özünün yer üzündəki höccətləri və onun əhli üçün əmin-amanlıq vasitəsi qərar vermişdir. Biz onların nəsilləri arasında olduğumuz vaxta qədər onlar yer tərəfindən udulmaqdan əmin-amanlıqda olacaqlar. Əgər Allah onları həlak etmək, onlara möhlət verməmək istəsə, bizi onların arasından aparar və Öz dərgahına qaldırar, sonra Allah onlara istədiyi şeyləri edər.”
Mənbələr:
“Usulu sittətə əşərə”, mühəddislərdən bir qrupu, səh. 16;
“Kəmalud-din”, Şeyx Səduq, səh. 204;
“Dəlailul-imamət”, Təbəri Şiə, səh. 436;
“Biharul-ənvar”, Əllamə Məclisi, 23-cü cild, səh. 37