Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi
07 February 2026
23:40
۱,۷۵۲
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين
Həzrət imam Əli ibn Musa-Rza əleyhissəlam buyurur:
"فَانَّ النّاسَ لَوْ عَلِموا مَحاسِنَ كَلامِناَ، لاتَّبِعُونا"
«Əgər xalq bizim kəlamlarımızın gözəlliklərini dərk etsə, şübhəsiz bizə itaət edəcəklər».[1]
Qeyd edək ki, məsum imamlardan bizə çatan dua və ziyarətnamələr, hətta hədislərdən də fərqlidir. Ona görə ki, məlum olduğu kimi hədislərdə məsumlar adi camaatla danışmış, onların idrak və düşüncələri qədər söz demişlər. Amma dua və ziyarətnamələrdə müxatəb, əziz və sevimli Allahdır. Deməli, məsum imamlar böyük həqiqətləri və müqəddəs maarifi dua və ziyarət şəklində ümmətə bəyan buyurmuşlar. Bu baxımdan, Əhli-beyt əleyhimussəlamın duaları və ziyarətnamələrinin əhəmiyyəti və onlara olan ehtiyac daha çox aşkar olur.
Əhli-beyt əleyhimussəlam Allahın məzhəri və cilvələridir. Onlar tövhid və haqqa qovuşmağın yeganə yolu, xeyir, savab və bərəkətin nazil olma səbəbləridir. Heç bir İlahi və insani kamillik onlarla üns bağlamadan hasil ola bilməz. Hər kəs onların məhəbbətin cəlb edə bilsə, şübhəsiz İlahinin ən gözəl nemətləri və ən böyük nailiyyətlərinə çatmışdır. Bunun təsdiqində, insanın haqqı tanımasını və düz yola hidayət olmasını misal çəkmək olar. Bu məna bir çox ziyarətnamələrdə, o cümlədən, Həzrət Əmirəl-möminin əleyhissəlamın ziyarətində aşkar bəyan edilmişdir:
"...الحَمدُ للهِ الَّذي جَعَلَنِي مِنْ زُوَّارِ قَبْرِ وَصِيِّ رَسُولِهِ" ﴿الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلاَ أَنْ هَدَانَا اللَّهُ﴾
«Həmd olsun Allaha ki, Öz Peyğəmbərinin canişininin ziyarətini mənə nəsib etdi. Bizi bu hidayətə nail edən Allaha həmd olsun. Əgər Allah bizi hidayət edib doğru yola yönəltməsəydi, biz özümüz buna nail ola bilməzdik».[2]
O Həzrətin ziyarətinin ardında belə oxuyuruq:
"أَللهُمَّ أَنْتَ مَنَنْتَ عَلَيَّ بِزِيارَةِ مَوْلايَ وَوِلايَتِهِ وَمَعْرِفَتِهِ"
«İlahi! Mövlamın ziyarəti, imaməti və mərifəti səbəbinə mənə böyük nemət nəsib etdin».[3]
Bu kimi təbirlərdən bir-neçə mənanı əldə edirik:
Birinci: Övliyanın ziyarətinə müşərrəf olmaq böyük İlahi nailiyyətdir.
İkinci: Bu böyük nailiyyət, yalnız Pərvərdigarın lütfü və inayəti nəticəsində ələ gəlir.
Üçüncü: Bu müvəffəqiyyət və nemətin müqabilində hər zaman Allaha şükr edib Onun mərhəmətinə minnətdar olmaq gərək.
Nəhayət, xatırladaq ki, İlahi övliyaların hüzuruna şərəfyab olmaq böyük müvəffəqiyyət sayıldığı kimi, onların bargahına getmək də xüsusi kəramət və şərafətdir. Ona görə, Həzrət İmam Huseyn əleyhissəlamın ziyarətində deyirik:
"أَللهُمَّ هذاَ مَقامٌ كَرَّمْتَنِي وَشَرَّفْتَنِي بِهِ"
«İlahi! Bu elə bir məqamdır ki, onunla mənə kəramət və şərafət bəxş etdin».
Bir sözlə, ziyarət dinin zəruri məsələlərindən olmaqla, son dərəcə böyük əhəmiyyət kəsb edir.
(ardını izləyin)