Həzrət İmam Hadi əleyhissəlamın şəhadəti
09 February 2026
02:37
۱,۷۰۰
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Məşhur nəzərə əsasən hicri-qəməri rəcəb ayının 3-ü, imamət səmasının 10-cu əxtəri həzrət imam Əli ibn Muhəmməd əl-Hadi əleyhiməssəlamın şəhadət günüdür. Bu müsibəti Allahın yer üzündəki höccəti və xəlifəsi həzrət imam Sahib əl-əsr vəz-Zamana (əleyhissəlam) təsəlli ərz edir və bütün mömin bacı-qardaşlara dərin hüznlə başsağlığı deyirik.
Allah-taaladan istəyirik İmam Zaman əleyhissəlamın zühurunda təcil etməklə, yer üzündə Əhli-Beytin (əleyhimussəlam) haqq və ədalət bayrağını ehtizaza gətirsin.
Həzrəti-Hadi əleyhissəlamdan təbərrük olaraq bir hədisi möminlərə təqdim edirik:
الحكمة لا تنجع في الطباع الفاسدة
Həzrət İmam Əli ibn Muhəmməd (əleyhiməssəlam) buyurur: “Hikmət və mərifət fasid insanların vücuduna təsir etməz.” (Müntəhal-amal, 3-cü cild, səh. 1867)
Odur ki, həzrət Əmirəl-möminin Əli əleyhissəlam da buyurur ki, donuzların boynuna cəvahirat asmayın, yəni faydasız olduğu üçün cahil və düşüncəsiz insanlarla elm və mərifət bəhsləri etməyin.
Ümid edirik əziz möminlər Peyğəmbər
(sallallahu əleyhi və alih) və Ali-Peyğəmbərin (əleyhimussəlam) elm, hikmət və
mərifət məktəbinin layiqli şagirdləri cərgəsində qərar tapıb haqq-ədalət dərslərində
yüksək dərəcələrə nail olsunlar. Amin ya Rəbbəl-aləmin!