Günün hədisi
09 February 2026
14:31
۱,۷۳۴
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Sadiq (əleyhissəlam) xeyirxah insanların yaxşılığı müqabilində layiqli mövqe tutmaqla Allah-təalanın nemətlərinin şükrünü yerinə yetirməyin lazım olması barəsində Həzrət Rəsulullahdan (sallallahu əleyhi və alih) nəql edilən bir hədisdə buyurur:
“Hər kəsə xeyir və yaxşılıq olunarsa, müqabilində gərək o da yaxşılıq sahibinə yaxşılıq etsin. Lakin yaxşılıq etməyə qüvvəsi və imkanı çatmasa, gərək yaxşılıq sahibinə səna edib onun xeyirxahlığını söyləsin. Əgər belə etməzsə, Allah-taalanın nemətinə küfr etmişdir.”
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ النَّوْفَلِيِّ عَنِ السَّكُونِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ: قَالَ رَسُولُ اللَّهِ (صلی الله عليه و آله): "مَنْ أُتِيَ إِلَيْهِ مَعْرُوفٌ فَلْيُكَافِئْ بِهِ فَإِنْ عَجَزَ فَلْيُثْنِ عَلَيْهِ فَإِنْ لَمْ يَفْعَلْ فَقَدْ كَفَرَ النِّعْمَةَ."
الکافی ج 4 ص 33.