Günün hədisi
09 February 2026
16:04
۱,۶۹۲
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismillahir-Rəhmanir-Rəhim
Həzrət İmam Baqir əleyhissəlam müqəddəs Kərbəla şəhərində Həzrət İmam Huseyn əleyhissəlam və o Həzrətin əhli-beyti və vəfalı səhabələrini ziyarət etməyin böyük əhəmiyyəti barəsində buyurur:
“Bizim şiələrimizə Həzrət İmam Huseyn əleyhissəlamın ziyarətinə getməyə fərman verin. Ona görə ki, o Həzrətin ziyarətinə getmək ruzini artırar, ömrü uzadar və insanı xoşagəlməzliklərdən qoruyar. Həmçinin, Allah taala tərəfindən İmam Husey əleyhissəlamın imamətinə iqrar edən hər bir möminə o Həzrətin ziyarəti vacibdir.”
حَدَّثَنِي أَبِي رَحِمَهُ اللَّهُ وَ جَمَاعَةُ مَشَايِخِي عَنْ سَعْدِ بْنِ عَبْدِ اللَّهِ وَ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارِوَ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرٍ الْحِمْيَرِيِّ جَمِيعاً عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ مُحَمَّدِ بْنِ إِسْمَاعِيلَ بْنِ بَزِيعٍ عَنْ أَبِي أَيُّوبَ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: مُرُوا شِيعَتَنَا بِزِيَارَةِ قَبْرِ الْحُسَيْنِ ع فَإِنَّ إِتْيَانَهُ يَزِيدُ فِي الرِّزْقِ وَ يَمُدُّ فِي الْعُمُرِ وَ يَدْفَعُ مَدَافِعَ السَّوْءِ وَ إِتْيَانَهُ مُفْتَرَضٌ عَلَى كُلِّ مُؤْمِنٍ يُقِرُّ لِلْحُسَيْنِ بِالْإِمَامَةِ مِنَ اللَّهِ.
كامل الزيارات، ص: 151
Allah-taala bütün möminlərə və Əhli-beyt aşiqlərinə Şəhidlər ağası Həzrət İmam Huseyn əleyhissəlam və Kərbəla şəhidlərinin ziyarətini nəsib etsin