Mərhum, Ayətullah əl-Uzma Fazil Lənkərani (Allahın rəhməti ona olsun) həzrətlərinin, Həzrət Zəhranın (s.ə) şəhadəti günü ilə əlaqədar, bəyanatı.
09 February 2026
21:28
۲,۸۰۶
Xəbərin xülasəsi :
Zəhra (s.ə), Allahu Təalanın mübahat (fəxr) etdiyi, Peyğəmbərin (s.ə.v.a) qəlbinin bir parçası olan, Əlinin (ə.s) həyat yoldaşı və Məsum İmamların (ə.s) anasıdır.
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Mərhum, Ayətullah əl-Uzma Fazil Lənkərani (Allahın rəhməti ona olsun) həzrətlərinin,
Həzrət Zəhranın (s.ə) şəhadəti günü ilə əlaqədar,
bəyanatı.
Fatimiyyə ( Zəhranın (s.ə) şəhadət günləri), ikinci Aşuradır.

Bismillahir-rəhmanir-rəhiym
«السلام عليك يا أيّتها الصّديقة الشّهيدة»
“Salam olsun sənə ey Siddiyqə (sədaqət və doğruluqda misilsiz olan) və ey Şəhiydə”.
Bu gün İslam aləminin, eləcədə bütün cahanın, Xanımı olan Həzrət Zəhranın (s.ə) şəhadət günündür.
Zəhra (s.ə), Allahu Təalanın mübahat (fəxr) etdiyi, Peyğəmbərin (s.ə.v.a) qəlbinin bir parçası olan, Əlinin (ə.s) həyat yoldaşı və Məsum İmamların (ə.s) anasıdır.
O Həzrət, aləmlərin ən üstün xanımıdır.
Allahu Təalanın, Quranda Həzrət Məryəmə «واصطفاك على نساء العالمين» “ Allah səni aləmlərin ən üstün xanımı etdi”[1] deyərək, vehy etməsinə baxmayaraq, mötəbər rəvayətlərə əsasən, Həzrət Məryəmin üstünlüyü, ailə həyatı qurmadan, İsa (ə.s) kimi bir Peyğəmbəri dünyaya gətirməsinə görədir.
Amma Həzrət Zəhranın (s.ə) məqam və əzəməti, O xanımın əzəldən əbədiyyətədək, elm, ismət, paklıq və bəndəçilik kimi bir neçə cəhətlərdən, aləmdə bütün xanımlardan üstün olmasına əsasəndir.
Cəmadius – sani ayının 3- cü günü, Həzrət Fatimənin (s.ə) şəhadəti günü olduğundan və həmçinin Müstəqil İslam dövlətinin də, bu əziz günü tətil elan etdiyi kimi, Müsəlman və Şiyələrin, hüzn və matəm məclisləri təşkil etmək, və.s kimi mərasimlər qurmaqla, bu günü ikinci Aşuraya çevirərək, çox əziz və möhtərəm bir gün olaraq qeyd etmələri, lazım və zəruridir. Və Fatimənin (s.ə) mübarək adıyla şöhrət tapan millətimizin, son illərdə öz vəzifələrinə layiqincə əməl edərək, bu günləri çox yüksək keyfiyyətlə qeyd etdikləri üçün, Allaha həmd edərək əziz millətimizə minnətdarlığımızı bildiririk.
Aydındır ki, Həzrət Zərayə (s.ə) ehtiram etmək, eyniylə Peyğəmbərə (s.ə.v.a) hörmət bəsləmək və Onun risalətinə boyun əymək deməkdir.
İranın böyük və dəyərli milləti, Əhlibeytin (ə.s) sarsılmaz həqqaniyyətinə arxalanaraq və Əhlibeytin (ə.s) əlindən möhkəm tutaraq, İnqilab səhnələrində çox böyük iftixar və nailiyyətlər əldə etdi. Və bu gün də bunun vasitəsiylə öz yoluna davam etməkdədir. Bunu bilməliyik ki, bizim müvəffəqiyyətlərimiz və uğurlarımız, Əhlibeytə (ə.s) və Onların məktəbinə olan iymanəməzla əlaqəlidir, və Onlara təvəssül etməyimizin nəticəsidir.
Bizim şəxsiyyətimizin həqiqəti, Şiyəlik və həqiqi İslamdadır. Allahu Mutəaldan diləyimiz budur ki, bizi öz Kovsəri olan Həzrəti Zəhranın (s.ə) lütf və inayətindən bundan daha artıq bəhrələndirsin.