Ramazan ayında oxunması tövsiyə edilən dualar
28 February 2026
05:48
۷
Xəbərin xülasəsi :
-
Ramazan ayının onuncu gününün duasının qısa izahı
-
Ramazan ayının doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının gecələrində oxunan dua
-
Ramazan ayının hər gecə-gündüzündə müstəhəb olan müştərək əməlləri
-
Ramazan ayının səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının yeddinci gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayında oxunması tövsiyə edilən dualar
Ramazan ayında hər vacibi namazdan sonra bu duanı oxumaq müstəhəbdir:
يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِي مَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
“Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və huvə şəhru Raməzan, əlləzi ənzəltə fihil Qur`an, hudən lin-nasi və bəyyinatin minəl huda vəl furqan, və cəəltə fihi ləylətəl qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fə ya zəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki raqəbəti minən nar, fimən təmunnu ələyh, və ədxilnil cənnətə, birəhmətikə ya ərhəmər rahimin.”
“Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük və heç bir bənzəri olmayan Allahsan; hər şeyi eşidən və görən Allah. Bu ay, Sənin bütün aylardan əzəmətli və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Hansı ki, o ayda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O ayda insanları hidayət edən və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri olan Quranı nazil buyurdun. Onda “qədr” gecəsini təyin etdin və o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi! Sənə minnət qoyulmaz. Məni cəhənnəm odundan azad etməklə, boynunda minnəti olan bəndələrindən et. Öz rəhmətinlə məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!”
Mənbə: Məfatihul-cinan, Ramazan ayında oxunan dualar