Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
05 February 2026
16:12
۱
Xəbərin xülasəsi :
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
Salam olsun yeni həqiqətə və biliyi heç vaxt məhv olmayacaq Alimə. Salam olsun Allah-taalanın millətlərə vəd etdiyi Mehdiyə ki, onun vasitəsilə sözü birləşdirəcək, parçalanmaları aradan qaldıracaq və yer üzünü ədalətsizlik və zülmlə dolu olduğu kimi ədalət və bərabərliklə dolduracaq...
Məşhur nəqlə əsasən, həzrət imam Məhdi əleyhissəlam hicri 255-ci il şəban ayının 15-i müqəddəs Samirra şəhəri, həzrət imam Həsən Əskəri əleyhissəlamın evində dünyaya gəlmişdir.
Əziz atası imam Həsən Əskəri əleyhissəlam və şərafətli anası Nərcis Xatun olmuşdur.
Məşhur ləqəblərindən, Məhdi, Hüccət, Qaim, Bəqiyyətullah, Muntəzər, Hüccətullah, Sahibuz-Zəman, Sahibul-Əmr, Xəlifətullah, Məv`ud və kunyəsi, Əbul-Qasim, Əbu Saleh adlarını qeyd etmək olar.
Əziz atası həzrət imam Həsən Əskəri əleyhissəlam hicri 260-cı ildə şəhid olduqdan sonra həzrət Məhdi əleyhissəlam həzrət Yəhya və İsa peyğəmbərlər kimi Allah-taala tərəfindən imam təyin olunmuşdur.
Həzrət Məhdi əleyhissəlam üçün Allah-taala tərəfindən iki növ qeybə çəkilmək dövrü qeydə alınmışdır. 1-Qeybəti Suğra (kiçik müddətli qeybət), 2-Qeybəti Kubra (uzun müddətli qeybət).
Məşhur nəzər budur ki, Həzrətin Qeybəti-Suğra dövrü elə doğum günündən başlanır, yəni 255-ci ildən 329-cu ilə qədər və onun müddəti 74 il olmuşdur. Bəzi alimlər bu qeybət dövrünü 260-cı ildən (əziz atasının şəhadətindən sonra) başlandığını və 69 il davam etdiyini qeyd etmişlər.
Amma Qeybəti-Kubra dövrü Allah-taalanın müəyyən etdiyi zamana qədər davam edəcəkdir.
Həzrət Məhdinin (əleyhissəlam) kiçik qeybət dövründə dörd xüsusi naibi olmuşdur:
1. Osman ibn Səid Əmri (Əbu Əmr);
2. Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);
3. Huseyn ibn Ruh Nəvbəxti (Əbül Qasim);
4. Əliyyibni Muhəmməd Səmuri (Əbul Həsən).
Bu dörd naib şiələrlə rabitədə olmuş və onların qarşısına çıxan suallara cavab vermiş, onlara yol göstərmişlər və onlarım hər birinin məzarı Bağdad şəhərində yerləşir.
Bəqiyyətul-ənbiya, Ğəvsül-füqəra, Xatəmül-ovsiya, Müntəzər, Sair, Hüccətullah, Xatəmül-əimmə, Kaşifül-ğimmə, Xələfi Saleh, Xəlifətullah, Xəlifətur-rəhman, İmamul-insu vəl-can, Sahibür-rəcət, Sahibüzzəman, Dai Saət, Sahibüd-dar, Sahibün-nahiyə, Sahibül-əsr, Sahibül-əmr, Səmsami Əkbər, Fəqih, Fərəci əzəm, Ğayət, Ğusva, Qatilül-kəfərə.
Künyəsi: Əbül-Qasim.
Atası: İmam Həsən Əskəri (əleyhissalam).
Anası: Nərcis Xatun.
Doğulduğu gün: 15 Şəban, cümə axşamı gecəsi.
Doğulduğu yer: Samirra.
Doğulduğu il: 225-ci hicri ili.
O Həzrətin ömrünə gəldikdə, atası vəfat edəndə 5 yaşı vardı. Allah Təala onu xəlifə seçərək imam qərar vermişdir. Necə ki, Həzrət Yəhya və İsanı uşaqlıq çağında imam etmişdir. O Həzrət hal-hazırda diri olub Allahın nemətlərindən bəhrələnir və Allahın əmrini gözləyir ki, zühur edib yer üzünü (zülm və zorakılıqla dolduğu kimi) ədalətlə doldursun.
İmam (əleyhissalam) üçün iki qeybət dövrü vardır:
“Qeybəti-suğra” (kiçik qeybət, doğulduğu ildən başlayaraq 329-cu ilə qədər davam edib). Həzrətin o dövrdə 4 xas naibi var idi:
1. Osman ibn Səid Əmri (Əbu Əmr);
2. Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);
3. Huseyn ibn Ruh Nəvbəxti (Əbül Qasim);
4. Əliyyibni Muhəmməd Səmuri (Əbul Həsən).
Dördüncü naibin 329-cu ildə vəfat etməsi ilə “qeybəti-kübra” (böyük qeybət dövrü) başlanır.
Bu 4 naibin hamısı Bağdadın şərq nahiyəsində dəfn olunmuşlar. Məzarlarının yeri məlumdur.
O Həzrətin vəkillərinə gəldikdə isə qeyd etmək lazımdır ki, Həzrət Hüccətibnil-Həsən İmam Zəmanın (əleyhissalam) ətraf məntəqələrdə çoxlu vəkilləri olmuşdur. Belə ki, qeyd olunan 4 xas naibin vasitəsi ilə onlara məktublar (tovqiat) çatdırılırdı.
Xas naiblik mərtəbəsinə layiq olanların sayı isə çoxdur. Onlardan bəzilərinin adlarını qeyd edirik: Əbülhəsən Muhəmməd ibn Cəfər Əsədi, Əhməd ibn İshaq Qumi, Qasim ibn Əla Azərbaycani, Haciz ibn Yəzid Vaşi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, İbrahim ibn Məhziyar və onun oğlu Muhəmməd ibn İbrahim, Əhməd ibn Yəsə və s.
Naiblik dövründə bəzi şəxslər olmuşlar ki, onlara da nümayəndə üçün təyin olunan şəxslər tərəfindən məktublar (tovqiat) gəlirmiş.
İstifadə edilən ədəbiyyat:
Əl-Kafi (Kuleyni), Kəmalud-din və təmamun-nemət (Səduq), Əl-İrşad (Mufid), Əl-Qeybət (Tusi)