İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
04 February 2026
17:01
۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
Hər bir insanın ilkin və ən əhəmiyyətli vəzifəsi öz Xaliqini və Pərvərdigarını tanımaqdır. Nə qədər ki, insan Onu tanımayıbsa, Ona layiqli bəndəlik və itaət etməsi də mümkün olmaz.
Həzrət imam Sadiq (əleyhissəlam) buyurur:
“Allah taala ancaq bizim vasitəmiz və səbəbimizə tanınar, O ancaq bizim vasitəmizlə pərəstiş edilər, biz Allaha tərəf yol göstərənik, əgər biz olmasaydıq Allah-taala pərəstiş edilməzdi. [1]
Nəql edilir ki, həzrət imam Huseyndən (əleyhissəlam) sual edildi:
"فما معرفة الله؟"
“Allahı necə tanımaq olar?”
Həzrət buyurdu:
"معرفة اهل کل زمان امامهم الذی يجب عليهم طاعته"
“Hər bir zamanda insanların öz yaşadıqları dövrdə vacib itaət etmələri imamı tanımaq vasitəsilə (Allahı tanımaq lazımdır!)”
Daha aydın desək, imamı tanımaq Allahı tanımaq yoludur. İnsan imamını tanımaq və onun dediklərinə və göstərişlərinə diqqət yetirməklə düzgün yaşamaq istiqamətində addım ata bilər və Allahın onun üçün sevdiyi səadətə çatar.
Allah-taalanı tanımaq, Onun tərəfindən insanlara yol göstərmək və onları hidayət etmək vəzifəsinə təyin edilmiş İlahi rəhbəri və imamı tanımadan qeyri-mümkündür.
İlahi nemətlərin səbəbkarını tanımaq vacibdir
İlahi feyzin səbəbkarı imamdır, xilqət aləminə yetişən nemətlər onun vasitəsi ilə müyəssərdir. Bu halda insanlar da imamın vücudunun sayəsində müxtəlif İlahi nemətlərdən faydalanırlar. İmam həm şəriətdə, həm də həqiqətdə Allah ilə insanlar arasında vasitədir.
"بِيُمنِهِ رُزِقَ الوَری وَ بِوُجُودِهِ ثَبَتَتِ الأرضُ و السَّماء"
Onun bərəkətinə insanlara ruzi verilir, onun vücudu vasitəsilə yerdə və göydə sabitlik yaranır...[2]
Həzrət imam Hadinin (əleyhissəlam) bəyanı belədir ki, imamı ziyarət etmək istədikdə bu cür deyin:
"بِكُمْ فَتَحَ الله وَبِكُمْ يَخْتِمُ وَبِكُمْ يُنَزِّلُ الغَيْثَ وَبِكُمْ يُمْسِكُ السَّماء أنْ تَقَعَ عَلى الاَرْضِ إِلاّ بِإذْنِهِ"
Sizin vasitənizlə Allah-taala başladı və sizinlə də sona yetirəcək, sizin vasitənizlə göydən yağış göndərir, sizin vasitənizlə göylərin uçması ancaq Onun izni ilə dayanır...[3]
Həzrət Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur:
"يا على لولا نحن ما خلق الله آدم ولا حواء ولا الجنه ولا النار ، ولا السماء ولا الأرض"
Ya Əli! Əgər biz olmasaydıq, Allah-taala nə Adəm və nə də Həvvanı, nə cənnəti, nə də cəhənnəmi, nə səmanı, nə də yeri xəlq etməzdi...[4]