Zeynəbi-Kubra (əleyhasalam)
06 February 2026
05:34
۳۵۴
Xəbərin xülasəsi :
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynəb-Kubra (əleyhasalam) "Səbri-cəmil" nümunəsi
Həzrət Zeynəb əleyhasəlamı “Səbre Cəmil”, yəni gözəl səbir nümunəsi və təcəssümü adlandırıblar. İslam dinini qorumaqda müqavimət etmək, çətinliklər müqabilində özünü ələ almaq, düşmən müqabilində zəiflik göstərməmək, camaata öz şikayət və sıxıntılığını bildirməmək həzrət Zeynəbin (əleyhasəlam) səbirli olmaq xüsusiyyətlərinin göstəricisidir. O, Aşura günündə əziz qardaşının qanlı bədənini gördükdə belə dedi: “Ey Allahım! Senin yolunda fəda olmuş bu qurbanlığı biz Əhli-beytdən (əleyhimussəlam) qəbul et.” Həmçinin, “Qardaşının və Əhli-beytinin haqqında Allahın təyin etdiyi qisməti və müqəddəratı necə qiymətləndirirsən?”-deyə, İbn Ziyadın sualına belə cavab buyurdu: “Gözəllikdən başqa bir şey görmədim!”[1]
Zeynəbi-Kubra əleyhasəlam imam Səccad əleyhissəlamı dəfələrlə ölümdən xilas etdi. O cümlədən, həzrət Səccad əleyhissəlam İbn Ziyad ilə mübahisə etdikdən sonra o rəhimsiz və cinayətkar Həzrətin ölüm hökmünü verdi. Bu zaman Zeynəbi-Kubra əleyhasəlam qardaşının yadigarını müdafiə etdi və boynunu qucaqlayıb buyurdu: “Nə qədər ki, sağam qoymaram onu qətlə yetirəsiz!”[2]