Həzrət imam Məhdi əleyhissəlamın dürəfşan kəlamları
06 February 2026
05:34
۴۱۹
Xəbərin xülasəsi :
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Sahib Zaman imam Məhdi (Allah onun zühurunu tezləşdirsin) buyurur:
الَّذى یَجِبُ عَلَیْکُمْ وَ لَکُمْ أنْ تَقُولُوا: إنّا قُدْوَهٌ وَ أئِمَّهٌ وَ خُلَفاءُ اللهِ فى أرْضِهِ، وَ اُمَناؤُهُ عَلى خَلْقِهِ، وَ حُجَجُهُ فى بِلادِهِ، نَعْرِفُ الْحَلالَ وَ الْحَرامَ، وَ نَعْرِفُ تَأْویلَ الْکِتابِ وَ فَصْلَ الْخِطابِ
“Sizə vacibdir və sizin xeyrinizədir, inanasız və qəbul edəsiz ki, biz (Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-beyti (əleyhimussəlam)) hər bir İlahi məsələnin əsası və mehvəriyik, Allah-taalanın yer üzündə xəlifəsi və hidayət imamlarıyıq. Biz xalq arasında Allahın əmin və etibarlı insanları; Biz, cəmiyyətdə Allahın hüccəti, Onun halal və haramını doğru tanıyan, Quran ayələrinin tə`vil və təfsirinə agah və onları bəyan edənlərik.”
Mənbə: Biharul-ənvar, cild-89, səh. 96, hədis. 58