Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
06 February 2026
05:35
۴۳۱
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Bismilləhir Rahmənir Rahim
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
Hicri-qəməri 1442-cı il rəbius-sani
ayının 10-u və miladi 2021-ci il noyabrın 16-ı Əhli-beytin cəlalətli və kəramətli
xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa
Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat
günüdür. Bu qəmli-qüssəli hadisəni həzrət Vəliyyi-Əsr imam Zaman əleyhissəlama
və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.
Həzrət Fatimei-Məsumə əleyhasəlam
hicrətin 173-cü ilində zil-qədə ayında Mədinə şəhərində anadan olmuşdur. O
xanımın anası cəlalətli və şərafətli bir qadın olan Nəcmə xanımdır. Bu qadın
son dərəcə təqvalı və elmli qadın idi və Fatimei-Məsumə əleyhasəlamın elm, təqva
və mərifət kəsb etməsində böyük zəhməti olmuşdur... Həzrət Fatimei-Məsumə
əleyhasəlam hicrətin 201-ci ilində rəbius-sani ayının 10-u müqəddəs Qum şəhərində
vəfat etmiş və bu şəhərdə də dəfn olunmuşdur.
Müqəddəs Qum şəhərinin əhəmiyyəti barəsində
Xanım Məsumənin Qum şəhərində dəfn edildikdən sonra bu şəhərin əhəmiyyəti
barəsində həzrət imam Sadiq əleyhissəlamdan bir neçə hədis buyurmuşdur. Bu hədislərdən
birində Həzrət belə buyurur:
“اَلَا اِنَّ حَرَمِی وَ حَرَمَ وُلدِی مِن بَعدِی قُم”
“Agah olun! Mənim və məndən sonra övladlarımın hərəmi Qum şəhəridir”
Mənbə:
Məhasinul-muminin, cild-1, səh. 83