Ramazan ayının orucunun niyyətinin hökmləri
06 February 2026
15:35
۴۷۱
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının orucunun niyyətinin hökmləri
1. İnsanın orucun niyyətini qəlbindən keçirməsi, ya məsələn: “sabah oruc tutacağam”-deməsi, lazım (vacib) deyildir; əksinə qürbət qəsdi ilə və ixlasla sübh azanından məğrib azanına kimi orucu batil edən işlərdən özünü qorumaq qəsdində olması kifayət edər. Bu müddətin hamısını oruc olduğuna əmin olması üçün sübh azanından bir qədər əvvəl və həmçinin, məğribdən bir qədər sonra özünü orucu batil edən işlərdən saxlamalıdır.
2. İnsan Ramazan ayının hər gecəsi, onun sabahının orucunu tutacağını niyyət edə bilər. Həmçinin, Ramazan ayının birinci gecəsi bütün Ramazan ayının orucunun niyyətini edə bilər və bu zaman hər gecə niyyəti təzələmək lazım deyildir və həmin niyyətin qalması kifayətdir.
3. Ramazan ayının birinci gecəsində oruc niyyətinin vaxtı, gecənin əvvəlindən sübh azanına qədərdir və birinci gecədən başqalarında gecənin əvvəlindən qabaqda niyyət etmək olar, məsələn: əvvəlki günün əsr vaxtı (axşam çağı) “sabah oruc tutacam qürbətən iləllah” niyyətində olsa və bu niyyətdə qalsa, sübh azanından sonra onu yuxu tutsa da belə, niyyət edə bilər.