Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
06 February 2026
20:45
۶۵۰
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdüHizcri-qəməri 1442-ci il rəbius-sani
ayının 8-i, miladi 2020-ci il noyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi
və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif)
əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on
birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli, Əsgəri əleyhissəlamın mövlud
günüdür.
Əhli-beyt əleyhimussəlamın
sevinc və fərəhli günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi
əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı
deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün
müsəlmanlara əmin-amanlıq və səadətli həyat əta etsin, Amin ya Rəbbil-aləmin!
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın dürəfşan kəlamlarından:
“أُوصِيكُمْ بِتَقْوَى اللَّهِ وَ الْوَرَعِ فِي
دِينِكُمْ وَ الِاجْتِهَادِ لِلَّهِ وَ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ
إِلَى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فَاجِر”
“Sizə vəsiyyət
edirəm, Allah-təalanın dinini qoruyub Ona itaət etməkdə İlahi təqvaya yiyələnin,
Allahın yolunda və İlahi mərifətə çatmaqda səy və cəhd edin, doğru danışın və əmanət
sahibi istər yaxşı insan olsun, istərsə də günahkar insan, əmanətinə vəfa
edin...”[1]
"خَيْرٌ
مِنَ الْحَياةِ ما إِذا فَقَدْتَهُ أَبْغَضْتَ الْحَياةَ وَ شَرُّ مِنَ الْمَوْتِ
ما إِذا نَزَلَ بِكَ أَحْبَبْتَ الْمَوْتَ"
“Yaşamaqdan
daha yaxşı odur ki, onu itirdikdə həyatdan küsürsən, ölümdən daha pis odur ki,
onunla üzləşdikdə ölümü arzulayırsan.” [2]