Həzrət Əbdul-Əzim Həsəninin vəfatı
07 February 2026
03:23
۶۹۱
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbdul-Əzim Həsəninin vəfatıHicri-qəməri 1441-ci il şəvval ayının 15-i, miladi 2020-ci il iyun
ayının 7-i həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim
və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat
günüdür.
Mərhum Şeyx Səduq bu alimin hədisləri məcmusunu “Camei əxbari Əbdul-Əzim”
ünvanı ilə toplamışdır. Cənab Əbdul-Əzim Həsəni həzrət imam Rza (əleyhissəlam),
imam Cavad (əleyhissəlam) və imam Hadi əleyhissəlamın yaşadıqları illərdə
yaşamış və edilən nəqllərə əsasən əqidəsinin düzgünlüyünə əmin olmaq niyyəti ilə
öz əqidəsini və imanını həzrət imam Hadi əleyhissəlama təqdim etmiş və o Həzrətin
dövründə də vəfat etmişdir.
Həzrət Əbdul-Əzim Həsəninin hərəmi Rey şəhərində Əhli-Beyt (əleyhimussəlam)
sevərlərinin ziyarətgahıdır. Bəzi hədislərdə o cənabın ziyarətinin savabı həzrət
imam Huseynin (əleyhissəlam) ziyarətinə bərabər sayılmışdır.
Həzrət Əbdul-Əzim Həsəni hicri-qəməri 173-cü il rəbius-sani ayının 4-ü, müqəddəs
Mədinə şəhərində dünyaya gəlmiş və 252-ci il şəvval ayının 15-i, 79 yaşında vəfat
etmişdir.
Bu böyük şəxsiyyətin və hədis aliminin vəfat gününü bütün Əhli-Beyt sevərlərinə
təsəlli və başsağlığı deyirik.
İltimas dua!