“Viran etmə” günü-Yəvmul-hədm
07 February 2026
03:37
۷۴۸
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
“Viran etmə” günü-Yəvmul-hədm
(ardı)
Birinci demək lazımdır ki, müqəddəs Quranın Kəhf surəsinin 21-ci ayəsi açıq aydın şəkildə bu .übhəni rədd edir. Bu mübarək ayədə Əshabi Kəhfi yad edib xatirələrdə uca saxlamaq istəyən möminlərin dilindən buyurur:
لَنَتَّخِذَنَّ عَلَیْهِم مَّسْجِدًا
“Şübhəsiz ki, onların (xatirələrini yad etmək üçün) qəbirlərinin üzərində məscid tikəcəyik.”
İkinci bu ki, İslam dini zühur etdiyi zaman və İslam dini müxtəlif diyarlara genişləndiyi dövrdə keçmiş peyğəmbərlərin qəbirlərinin üzərində tikintilər var idi. Buna nümunə olaraq Beytul-müqəddəsdə həzrət Davudun və həzrət Musanın qəbirlərinə işarə etmək olar. Maraqlı budur ki, vəhhabilərin nəzərində Peyğəmbər səhabisi və müqəddəs sayılan ikinci xəlifənin özü sülh müqaviləsi bağlamaq üçün Beytul-müqəddəsə getdi və o şəhəri ələ keçirdikdən sonra bu qəbirlərin aradan getməsi və dağıdılması haqda heç bir əməl yerinə yetirmədi.
Amma doğrusu görəsən, çox uzun müddətli bir tarixi olmayan, özlərinin tarix yazanlarının dili ilə desək, Quranları küçələrə töküb tapdalatdıran, həzrət Əli əleyhissəlamın və digər xəlifələrin ardıcılları arasında heç bir fərq qoymadan onları qətlə yetirən, öz əzəmət və şövkətlərini qətl və qarət etməkdə axtaran belə bir qəbilə müqəddəs Qurandan və ya hətta tarixi dəlil və sübut gətirilərək xitab edilməyə layiqdirmi?