Şəban ayi ruzi və bərəkət ayıdır
07 February 2026
08:16
۷۸۷
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Şəban ayi ruzi və bərəkət ayıdırHəzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih)
nəql olunur ki, əshabı Həzrətin qarşısında Şəban ayının fəzilətlərini
xatırlatdılar ki, Həzrət buyurdu:
“Mənim ayım olan
şəban ayı şərafətli bir aydır. “Ərş”in daşıyıcıları onun hörmətini saxlayıb həqqini tanıyırdılar. Bu elə bir aydır ki, Ramazan
ayına görə möminlərin ruzisi artırılar və Behiştə zinət verilər.
Şəban ayı şəban
adlandırılıb ona görə ki, möminlərin ruzisi
bu ayda növ-növ və şöbə-şöbə olar. Bu elə bir aydır ki, hər bir yaxşı əməl
bu ayda yetmiş bərabər hesablanar. Pisliklər bu ayda məhv olar, günahlar
bağışlanar və yaxşı əməllər qəbul edilər. Cabbar Allah bu ayda öz bəndələri ilə
fəxr edir. Oruc tutan və gecəni sübhə kimi ibadət edənlərə rəhmət nəzərini
şamil edər. Beləliklə, onlara görə “ərşi” həml edənlərə də iftixar edər”.
Mənbə:
“Biharul-ənvar”, cild- 94, səh. 69.