Həzrət imam Baqir əleyhissəlamın şəhadəti
05 February 2026
14:24
۱,۴۹۶
Xəbərin xülasəsi :
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Baqir əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1440-cı il zil-hiccə ayının 7-si, miladi 2019-cu il avqust ayının 9-u Peyğəmbər ailəsinin şərəfli nümayəndəsi imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqirin (əleyhissəlam) şəhadət günü ilə müsadifdir. Bu ağır və əzəmətli müsibəti ilk öncə həzrət Hüccət Sahib-əz Zamana (əccələllahu təala fərəcəhuş-şərif), daha sonra bütün dindar və müsəlman xalqlara, xüsusən Azərbaycanın mömin və hörmətli təbəqəsinə təsəlli və başsağlığı deyirik.
Həzrət Baqir əleyhissəlamın dürəfşan kəlamlarından
قالَ الاْمامُ أبوُ جَعْفَر محمّد الباقر (عَلَيه السلام): إذا أرَدْتَ أنْ تَعْلَمَ أنَّ فيكَ خَيراً، فَانْظُرْ إلى قَلْبِكَ فَإنْ كانَ يحِبُّ أهْلَ طاعَهِ اللّهِ وَيُبْغِضُ أهْلَ مَعْصِيَتِهِ فَفيكَ خَيْرٌ، وَاللّهُ يُحِبُّك، وَإذا كانَ يُبْغِضُ أهْلَ طاعَهِ اللّهِ وَ يُحِبّ أهْلَ مَعْصِيَتِهِ فَلَيْسَ فيكَ خَيْرٌ، وَاللّهُ يُبْغِضُكَ، وَالْمَرْءُ مَعَ مَنْ أحَبَّ
“Əgər öz vücudunda xeyir və xoşbəxliyin olub-olmamasını bilmək istəyirsənsə, öz batininə nəzər sal; əgər Allah-taalaya ibadət və itaət əhlini sevir, günah və məsiyət əhli ilə barışmazsansa, demək sənin vücudun səadətlədir və Allah səni sevir; lakin ibadət və itaət əhlinə qarşı barışmaz olub məsiyət əhlinə eşq və əlaqə göstərsən, deməli səndə hec bir xeyir və yaxşılıq yoxdur, Allah da səninlə düşməndir. İnsanın dəyəri onun məhəbbət etdiyi ilə bilinər”.
İltimas dua!