Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən
07 February 2026
18:47
۱,۰۰۲
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən
Həzrət İmam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam həzrət Zeynəb əleyha salama xitab edərək buyurur:
Bibi can! Əlhəmdu lillah sən müəllim görmədən aliməsən və bir şəxsin dərk etdirməsinə ehtiyac duymadan idrak sahibisən.
Mənbə: Biharul-ənvar, cild-45, səh. 199
Həzrət Zeynəb-Kubranın (əleyhasalam) həzrət imam Huseyni (əleyhissəlam) qətlinə mane olmaq üçün çalışması
Aşura günü elə ki, Zeynəb-Kubra (ə) gördü İmam Huseyn əleyhissəlam yerə yıxılıb və cinayətkar düşmən onu qətlə yetirmək üçün ətrafına yığışıb xeymədən kənara çıxdı və Ömər Sədə məzəmmətli xitab edərək buyurur:
" یابن سَعد! اَیُقتَلُ اَبُوعبداللّه وَ انتَ تَنظُرُ اِلَیهِ؟"
“Ey Səədin oğlu! Əbu Əbdullahı (həzrət Huseyni) qətlə yetirirlər, sən isə (o Həzrətin Allah yanında olan məqam və mövqeiyyətini bildiyin halda) durub baxırsan?!”
O, heç bir cavab verə bilmədi və çarəsizlikdən həzrət Zeynəbdən (əleyhasalam) üzünü döndərdi.
Həmçinin, digər bir mərhələdə Xanım Zeynəb bir daha həzrət İmam Huseyni (əleyhissəlam) ölümdən qurtarmaq üçün insanlıq fitrətini itirmiş amansız düşmənə xitab edərək dedi:
" اَما فیکم مُسلِمٌ؟"
“Sizin aranızda heç olmasa bir dənə də olsa, müsəlman və Allahpərəst yoxdurmu?”
İltimas dua!