Qədir Xum-həzrət Əli əleyhissəlamın imaməti
07 February 2026
22:05
۸۶۸
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Qədir Xum-həzrət Əli əleyhissəlamın imaməti
Hicri-qəməri 1439-cu il zil-hiccə ayının 18-i, miladi 2018-ci il avqust ay;nın 30-u müqəddəs Məkkə ətrafında Qədiri-Xum adlanan bir məntəqədə Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Allah-taalanın göstərişi ilə Əmirəl-möminin həzrət Əl ibn Əbi Talib əleyhissəlamı özündən sonra bütün müsəlmanlara xəlifə və imam tanıtdırması və həzrət Əli əleyhissəlamın müsəlman ümmətə Peyğəmbərin (sallallahu əleyhi və alih) canişini təyin edilməsi günüdür. Bu müqəddəs və bərəkətli gün münasibəti ilə ilk növbədə Əhli-beyt əleyhimussəlama, xüsusən həzrət imam Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyirik, eləcə də bütün mömin bacı və qardaşlara gözünüz aydın və könlünüz şad olsun deyir və bu gözəl zikri qəlbimizdə sevinc və iftixar hissi ilə dilə gətiririk:
الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلاَيَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلاَمُ
“Bütün həmdü-sənalar bizi Əmirəl-möminin (Əli əleyhissəlamın) və Məsum imamların vilayətində qərar verib onların davamçıları sırasında olmaqla şərəfləndirən Allah-taalaya məxsusdur!”
İltimas dua