Iyirmi doqquzuncu gecənin duası
08 February 2026
01:27
۱,۰۱۳
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Iyirmi doqquzuncu gecənin duası
يَا مُكَوِّرَ اللَّيْلِ عَلَى النَّهَارِ وَ مُكَوِّرَ النَّهَارِ عَلَى اللَّيْلِ يَا عَلِيمُ يَا حَكِيمُ يَا رَبَّ الْأَرْبَابِ وَ سَيِّدَ السَّادَاتِ لا إِلَهَ إِلا أَنْتَ يَا أَقْرَبَ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ
Ya mukəvvirəl ləyli ələn nəhar, və mukəvvirən nəhari ələl ləyl, ya əlimu ya həkim, ya rəbbəl ərbabi və səyyidəs sadat, la ilahə illa ənt, ya əqrəbə iləyyə min həblil vərid, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya vəl kibriyau vəl ala, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyin, və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabəh, vət təvfiqə lima vəffəqtə ləhu Muhəmmədən və ali Muhəmməd, səlləllahu ələyhi və ələyhim.
Ey gecəni gündüzə və gündüzü də gecəyə pərdə çəkən! Ey hər şeyi bilən, ey hikmət sahibi, ey şahların şahı, böyüklərin böyüyü! Səndən başqa heç tanrı yoxdur, ey mənə şah damarımdan yaxın olan, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!
Mənbə: Məfatihul-cinan, Ramazan ayının gecələrinin duası
İltimas dua!