Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın nəsihətləri
08 February 2026
08:33
۱,۰۳۷
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın nəsihətləri
Bəla və çətinliyin hikməti
İnsanların tutduğu mövqedən asılı olmayaraq onların imtahan edilməsi ümumi İlahi bir qanundur. Bu xüsusda ayə, hədis və rəvayətlər olduqca çoxdur.
Dünya bir növ Allahın imtahan “laboratoriyasıdır” ki, kiminsə əməl baxımından daha yaxşı olması aydınlaşsın.
Geniş və əhatəli bir rəvayətdə Həzrət Əmirəl-möminin Əli (əleyhissəlam) bəla və çətinliyin hikməti barədə buyurur:
...إِنَّ الْبَلَاءَ لِلظَّالِمِ أَدَبٌ وَ لِلْمُؤْمِنِ امْتِحَانٌ وَ لِلْأَنْبِيَاءِ دَرَجَةٌ وَ لِلْأَوْلِيَاءِ كَرَامَةٌ...
“Bəla [çətinlik] zalım üçün ədəb, mömin üçün imtahan, peyğəmbərlər üçün dərəcə və Allah övliyaları [imamlar] üçün kəramətdir [məqam]”.[1]
Hədisdə “imtahan”, “dərəcə” və “kəramət” kəlmələrinin işlədilməsi və üç qrupun ‒ "peyğəmbərlər", "Allah övliyaları" və "mömin"in adının verilməsi diqqət olunası məqamdır. Həqiqətdə, hər üç kəlmə kamal və inkişafa aid bir məsələdir ki, Allah Mütəal intahan vəsiləsi ilə bu üç qrup insanın kamala çatmalarını nəzərə almışdur.
Zalım kəlməsi barədə isə qeyd etmək lazımdır ki, zalım zülmünə davam edərsə, “imtahan” mərhələsinə yetişməz. Nəticədə zalımın imtahan “dərsinə” ləyaqəti olmadığı üçün o, kamal və inkişaf mərhələsindən geri qalacaqdır.