Həzrət Peyğəmbərin və imam Həsənin vəfatının ildönümü
08 February 2026
10:24
۱,۱۵۱
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri 1439-cu il səfər ayının 28-i, miladi 2017-ci il noyabrın 17-i Allahın həbiri Rəsuləllah həzrət Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) vəfatının və o həzrətin əziz nəvəsi həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin ildönümü günüdür. Bu əzəmətli müsibəti öncə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu taala fərəcəhuş-şərif) sonra da bütün mömin bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bəzi ləqəbləri belədir:
Xeyrül-bəriyyə (bəşərin ən xeyirlisi), Nəbiyyür-rəhmət (rəhmət nəbisi), Xatəmün-nəbiyyin (nəbilərin sonuncusu), Rəhmətən lil-aləmin (aləmlər üçün rəhmət), Seyyidül-mürsəlin (rəsulların seyyidi), İmamül-müttəqin (müttəqilərin imamı), Həbibullah (Allahın həbibi), Nemətullah, Əl-əminül-müntəxəb (seçilmiş əmanətdar), Sahibül-hövzi vəl-Kövsər (hovuz və kövsər sahibi), Miftahül-cənnət (cənnətin açarı), Dəvətü İbrahim (İbrahimin dəvəti), Buşra İsa (İsanın bəşarəti).
HӘZRӘTİ PЕYĞӘMBӘRİN QISА SÖZLӘRİNDӘN
1-Ümmәtimdәn iki dәstә islаh оlunsа, ümmәtim tаmаmilә islаh оlаr, fаsid оlsа, tаmаmilә fаsid оlаr: Аlimlәr vә hаkimlәr.
2-Müsәlmаn оdur ki, müsәlmаnlаr оnun әli vә dilindәn аmаndа qаlsınlаr.
3-Yахşı işә yоl göstәrәn özü sаnki о işi görür.
4-Cәnnәt аnаlаrın аyаğı аltındаdır.
5-Qаdınlаrlа dаvrаnışdа Аllаhdаn qоrхun vә оnlаrа yаrаyаn yахşılığı әsirgәmәyin.
6-İnаdlı оlmаqdаn çәkinin, çünki оnun sәbәbi nаdаnlıq, nәticәsi isә pеşmаnçılıqdır.
7-Dоğru dаnışmаq ürәyi аrхаyınlаşdırаr, yаlаn dаnışmаq şübhә vә pәrişаnlıq törәdәr.
8-Ürәk islаh оunmаyıncа imаn yаrаnmаz, dil islаh оlmаzsа, ürәk islаh оlmаz.
9-Hаlаl sәrvәtin yахşı аdаm әlindә оlmаsı çох gözәldir.
10-Аdаmlаrı dоstlаrındаn tаnı. Çünki insаn özü ilә еyni mаhiyyәtdә оlаnı sеvәr.
İltimas dua!