İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
08 February 2026
15:17
۱,۰۷۰
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.
اللَّهُمَّ تَجَاوَزْ عَنْ آبَائِنَا وَ أُمَّهَاتِنَا وَ أَهْلِ دِينِنَا جَمِيعا مَنْ سَلَفَ مِنْهُمْ وَ مَنْ غَبَرَ إِلَى يَوْمِ الْقِيَامَةِ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ نَبِيِّنَا وَ آلِهِ كَمَا صَلَّيْتَ عَلَى مَلائِكَتِكَ الْمُقَرَّبِينَ، وَ صَلِّ عَلَيْهِ وَ آلِهِ كَمَا صَلَّيْتَ عَلَى أَنْبِيَائِكَ الْمُرْسَلِينَ، وَ صَلِّ عَلَيْهِ وَ آلِهِ كَمَا صَلَّيْتَ عَلَى عِبَادِكَ الصَّالِحِينَ، وَ أَفْضَلَ مِنْ ذَلِكَ يَا رَبَّ الْعَالَمِينَ، صَلاةً تَبْلُغُنَا بَرَكَتُهَا، وَ يَنَالُنَا نَفْعُهَا، وَ يُسْتَجَابُ لَهَا دُعَاؤُنَا، إِنَّكَ أَكْرَمُ مَنْ رُغِبَ إِلَيْهِ، وَ أَكْفَى مَنْ تُوُكِّلَ عَلَيْهِ، وَ أَعْطَى مَنْ سُئِلَ مِنْ فَضْلِهِ، وَ أَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ.
Ey mənim Rəbbim, ata və analarımızı, dünyadan gedən yaxud qiyamətədək gələcək din əhlimizin hamısını əfv et.
Ey mənim Rəbbim, Peyğəmbərimiz – Muhəmməd və onun soyuna salam yetir, müqərrəb mələklərinə göndərdiyin kimi salam yetir, ona və soyuna mürsəl peyğəbərlərinə yetirdiyin salamı yetir, ona və soyuna saleh bəndələrin əta etdiyin salamı yetir, və ondan daha yaxşısını, ey aləmlərin Rəbbi; elə bir salam ki, bərəkəti bizə də yetsin, mənfəəti bizə də çatsın, onun səbəbiylə dualarımız icabət olunsun. Çünki Sən müraciət edilən kəslərin ən üstünü, e’timad edilənlər içrə ehtiyacsız edənlərin ən yaxşısı, ehsanından istənilən halda bəxşiş edənlərin ən ləyaqətlisisən; Sən, hər şeyə qadirsən!
İltimas dua