Fitr bayramınız mübarək olsun
05 February 2026
23:10
۱,۱۹۸
Xəbərin xülasəsi :
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Bu gün 1438-ci qəməri ili şəvval ayının 1-i, miladi 2017-ci il, iyun ayının 26-sı Fitr bayramı günüdür.
Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər. Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Hədisdə buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”
Fitr bayramı İslamın ən böyük və ən möhtəşəm bayramlarından biridir. Bu gözəl bayram münasibəti ilə bütün müsəlmanları təbrik edirik. Allah – Təala bütün ibadərlərinizi qəbul etsin. Özünüzə və ailənizə böyük Yaradandan səadət, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq.
Bayramınız mübarək olsun!
İltimas dua